www.science.az
24.10.2017 15:02

Kəpənək qanadları alimlərə effektiv Günəş batareyaları yaratmağa kömək edib

ABŞ və Almaniyadan olan mütəxəssislər "Pachliopta aristolochiae" kəpənək növünün qeyri-adi qanad strukturundan istifadə edərək analoqlarından iki dəfə daha effektiv Günəş batareyaları yaradıblar.

runews24.ru saytı xəbər verir ki, istilik tənzimlənməsində qeyri-adi səmərəliliyə malik olan bu həşəratın qanadlarının quruluşu işığın absorbsiya intensivliyini dəyişməyə imkan verir.

Alimlər sözügedən kəpənəyin qanad quruluşunu öz tədqiqatlarında tədbiq edərək hidrogen əlavəli amorf silisiumdan hazırlanan nazik plyonkadan ibarət Günəş batareyaları yaradıblar. Günəş batareyalarının yeni quruluşu 90%-ə qədər düz bucaq altında, 50%-ə qədər isə 50 dərəcəyədək düşən işığı absorbsiya edib.