www.science.az
13.03.2018 15:06

Görkəmli dramaturq Hüseyn Cavidə həsr olunan sənədli film çəkilir

“Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən görkəmli dramaturq Hüseyn Cavidə həsr olunan “Həqiqət istərəm, yalnız həqiqət” sənədli televiziya filminin çəkilişlərinə başlanılıb.

Çəkilişləri AMEA Hüseyn Cavidin Ev Muzeyində aparılan filmin ssenari müəllifi Əməkdar jurnalist Salar Aslanov, quruluşçu rejissoru Hatəm Əsgərov, elmi məsləhətçisi muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, quruluşçu operatoru Mətləb Yaqubovdur.

Filmdə Hüseyn Cavid obrazını Mübariz Nağıyev, Mişkinaz xanım obrazını Xalq artisti Səidə Quliyeva, Üzeyir Hacıbəyli obrazını Əməkdar artist Əyyub Quliyev, Abdulla Şaiq obrazını isə Əməkdar artist Cəlal Məmmədov canlandırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.