www.science.az
10.05.2018 11:43

Akademik Vahid Hacıyevin 90 illiyinə həsr olunan elmi konfrans keçiriləcək

20-21 iyun 2018-ci il tarixlərində AMEA-nın Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademik Vahid Hacıyevin 90 illiyinə həsr olunan “Botaniki tədqiqatlarda yeni çağırışlar” adlı elmi konfrans keçiriləcək.

Tədbirdə iştirak etmək istəyənlər www.botany.az saytında onlayn qeydiyyatdan keçməli və məqalələrini 15 may 2018-ci il tarixinədək Təşkilat Komitəsinə göndərməlidirlər.

Təşkilat Komitəsi tərəfindən qəbul edilən məqalələr Azərbaycan Botaniklər Cəmiyyətinin elmi əsərləri toplusunda (II cild) çap olunacaq.

Məqalələrin tərtibinə dair tələblər:

- Məqalənin həcmi 3 səhifədən (A4) çox olmamalıdır;

- Məqalə üç dildə (Azərbaycan, ingilis, rus), word.doc formatında, “Times New Roman” şrifti ilə keql 11, sətirarası 1 interval olmaqla yazılmalı, kənarlardan sağ tərəfdən 15 mm, digər üç tərəfdən 25 mm məsafə buraxılmalıdır. Məqalə sola istiqamətlənmiş şəkildə tərtib olunmalıdır;

- Məqalənin mətni giriş, tədqiqat metodu, tədqiqatın nəticələri və müzakirəsi, istinadlar və xülasələrdən (məqalənin dilindən asılı olaraq: məqalə Azərbaycan dilində olduqda xülasələr ingilis və rus dillərində) ibarət olmalıdır;

- Müəllif(lər)in adı və soyadı, elektron poçt ünvanı, müəssisənin adı, şəhər, ölkə tam göstərilməlidir;

-  Müəllif(lər) müxtəlif elmi müəssisələrdən olduğu təqdirdə, hər bir müəssisə yuxarı registrdə rəqəmlərlə yazılmalıdır. Müəlliflərin adları yalnız bir məqalədə birinci göstərilə bilər.

Telefon: (+994 12) 502 43 96, (+994 55) 529 66 07

Email: konfrans2018.botany@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.