Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Akif Əlizadə REA-nın Yer Fizikası İnstitutunun 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib
14.11.2018 10:34
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə REA-nın Yer Fizikası İnstitutunun 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib

AMEA-nın prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə Rusiya Elmlər Akademiyasının (REA) O.Y.Şmidt adına Yer Fizikası İnstitutunun (YFİ) direktoru, REA-nın müxbir üzvü Sergey Tixotskiyə rəhbəri olduğu müəssisənin 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Məktubda Yer Fizikası İnstitutunun elmin, həmçinin Rusiyanın çiçəklənməsində böyük payı olduğu xatırlanır. Bildirilir ki, bu müəssisə Yerin təkində fiziki proseslərin, seysmik xüsusiyyətlərin, faydalı qazıntıların əldə edilməsinin yeni texnoloji yollarının öyrənilməsində mühüm rol oynayıb.  

Akademik Qafqazın tədqiqində iki elm ocağı arasında 60 illik birgə əməkdaşlığın müsbət nəticələrini qeyd edir və bu işdə Yer Fizikası İnstitutu alimlərinin səyini xüsusilə vurğulayır. Bundan əlavə, YFİ-yə rəhbərlik etmiş alimləri məmnunluqla yad edir, onların əməyinin və istedadının AMEA-nın Geologiya və Geofizika İnstitutunun inkişafında oynadığı rolu diqqətə çatdırır.

Qeyd edək ki, noyabrın 15-də 90 illik yubileyi qeyd olunacaq Yer Fizikası İnstitutu 13 mart 1928-ci ildə SSRİ Elmlər Akademiyasının Seysmologiya İnstitutu kimi fəaliyyətə başlayıb və bu illər ərzində adı bir neçə dəfə dəyişdirilib. İnstitut hazırda yeddi bölmə üzrə fəaliyyət göstərir və dünyada çoxsaylı elmi nailiyyətləri ilə tanınır. Müəssisəyə 2013-cü ildən REA-nın müxbir üzvü Sergey Tixotski rəhbərlik edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: