www.science.az
06.12.2018 10:23

"Admiral Cavadov: həyatı və döyüş yolu" adlı kitab işıq üzü görüb

Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun Azərbaycanın görkəmli hərbi və dövlət xadimi, kontr-admiral Cəlil Cavadova həsr olunmuş "Admiral Cavadov: həyatı və döyüş yolu" kitabı işıq üzü görüb.

Nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, hərbi məsləhətçi  ehtiyatda olan 1 dərəcəli kapitan, t.e.d. Nurulla Əliyevdir. 

Kitab Azərbaycan və Rusiya arxivləri, muzeylər, fərdi kolleksiyalarda olan tarixi materiallar əsasında hazırlanıb. Əsərdə təqdim edilən materialların böyük əksəriyyəti ilk dəfədir ki, nəşr edilib. Kitabda çoxsaylı tarixi fotoşəkillər, arxiv sənədlərinin surətləri təqdim edilib.

Yeni nəşr hərbi vətənpərvərlik tariximizin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.