Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Həqiqi üzvlər

Ələkbərov Urxan Kazım oğlu
Anadan olduğu yer Bakı şəhəri    
Təvəllüdü 28.04.1943 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti (hazırda Bakı Dövlət Universiteti)
Elmi dərəcəsi Biologiya elmləri doktoru  
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


03.00.15

Genetika

Sərbəst-radikal prosseslərin ingibitorlarının genetik effektləri

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-        mövzunun adı


03.00.15

Genetika

Antimutagenlərin sitogenetik təsirinin tədqiqi və onların praktik tətbiqinin işlənməsi üsulları

Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

1983

Genetika

Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

1989

Genetika

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 310,  o cümlədən 30 kitab 
Xaricdə çıxmış elmi əsərlərinin sayı 200 
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 22 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 28 
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı



25
Əsas elmi nailiyyətləri Biomüxtəlifliyin mühafizəsi və genetik sistemlərin davamlığını artırmaq və bu məqsədlə antimutagen, antikartsinogen və geroprotective vasitələrinin aşkar olunması və istifadəsi sahəsində yeni elmi konsepsiyalar. Davamlı inkişafın məqsədi olan ekoloji sivilizasiya (EcoCivil) konsepsiyasının müəllifidir. Fəaliyyəti dövründə genofondun mühafizəsi, davamlı və biliyə əsaslanan inkişaf, ekoloji sivilizasiyanın planlaşdırılması, idarə edilməsi və qiymətləndirilməsi istiqamətində aşağıdakı konsepsiyaların müəllifidir.

1979 – Genofondun itmə ehtimalının proqnozlaşdırılması və qarşısının alınması. (Genetik aparatın davamlığını qiymətləndirmək vasitəsilə itmə təhlükəsi olan növlərin müəyyən edilməsi. biomüxtəlifliyin mühafizəsi üçün əhəmiyyətlidir. Patentləşdirilib. Konsept və onun detalları müxtəlif kitab və məqalələrdə nəşr edilib).

1981- Ekoloji təhlükəsizliyi təmin edən yeni kompleks sistem (Texnoloji, komponent və kompensasiya texnologiyalarının kompleks şəkildə istifadəsini nəzərdə tutur. Konsept və onun detalları müxtəlif kitab və məqalələrdə nəşr edilib).

1992 – Sağlamlıq və ətraf mühitin keyfiyyətini qiymətləndirmək, həmçinin onu idarə etmək üçün yeni sistem. (Yüksək məlumat potensialina malik olan və iqtisadi baxımdan əlverişli, insana yönəlmiş və genetik indikatorlara əsaslanan yeni ekoloji monitorinq sistemidir. Konsept və onun detalları müxtəlif kitab və məqalələrdə nəşr edilib).

1998 – "Ekosivil" (Ekoloji sivilizasiya) davamlı inkişafın məqsədi kimi (Yeni konsepsiyadır, demoqrafik proseslərin və istehlak mədəniyyətinin, o cümlədən yaşıl həyat tərzinə əsaslanan yeni istehlak mədəniyyətinin formalaşmasına əsaslanır. Ekosivilin bir məqsədi də istehlak cəmiyyətindən düşünülmüş istehlak cəmiyyətinə keçməkdir). Konsept və onun detalları müxtəlif kitab və məqalələrdə nəşr edilib).

1998 - "Beyin axını" əvəzinə "Gen axını" termin və anlayışı. (Əhalinin daha yüksək bilik və bacarığa malik olan hissəsinin əhəmiyyətli sayda öz ölkələrini həmişəlik tərk etməsinə aiddir. Beyin axını xallarında bu proses müvəqqəti xarakter daşıya bilər. Yeni konsepsiyadır. Dərc edilib: Azerbaijan HDR, 1998, Fəsil 2).

1998 – "Texnoloji geriləmə ilə inkişaf" (Hər hansı inkişaf edən ölkə üçün yeni, lakin qlobal miqyasda inkişaf etmiş ölkələrlə rəqabət aparmaq imkanı yaratmaq qabiliyyətinə malik olmayan texnologiyaların tətbiqi. Gələcəksiz inkişafın bir təzahürüdür və ölkənin sərbəst rəqabət qabiliyyətini məhdudlaşdırır. Dərc edilib: Azerbaijan HDR, 1998, Fəsil 4).

2006 – "Ətraf mühitin inteqral sistem kimi idarə edilməsi" (Ətraf mühitin vahid və təbii, iqtisadi, sosial, siyasi komponentlərdən təşkil olunmuş bir system kimi planlaşdırılmasını və idarə edilməsini nəzərdə tutur. Dərc edilib: Davamlı insan inkişafının əsasları. Bakı, "Təhsil", 2006, Fəsil 1).

2011 – "Ekoloji sivilizasiya indeksi" (Yeni əmsaldır. Sivilizasiyanın yeni səviyyəyə - ekoloji sivilizasiyaya hazır olmasını göstərir. Dərc edilib: Proceedings of the Azerbaijan National MaB, UNESCO "Ecological Civilization, Sustainable Development, Environment, 2011, v. 7).

Urxan Ələkbərovun elm və inkişafın planlaşdırılması və idarə edilməsinə aid konsepsiya və ideyaları dünyada tanınır və dəstəklənir. Ona istinadlar və ondan sitatlar bir çox beynəlxalq mənbələrdə, o cümlədən "Beynəlxalq lider və seçilmişlərin deyimləri" bölmələrində dərc edilir. Bu mənbələrdə Urxan Ələkbərov "Azərbaycan genetiki və inkişaf üzrə ekspert" kimi təqdim edilir. Onunla yanaşı bu mənbələrdə Xilari Klinton - ABŞ-ın dövlət katibi, Kofi Annan - BMT-nin Baş Katibi, Andjelina Coli - xeyriyyəçi və Amerika film ulduzu, Ceorcio Armani - İtaliya dizayneri və biznesmeni, Cessika Beyl - Amerika film ulduzu, Eliye Veysel - Nobel Mükafatı Laureatlı və başqa tanınanlar göstərilir.(Bax:http://www.theblukey.org/press/supporters.php,http://www.betterword.net/quotes/refugee-quotes.htm, http://www.artistopia.com,http://children.foreignpolicyblogs.com,http://refugee-stories,blogspot.com/p/undrsirableoutcames.html, http://www.stopdatingviolence.org/quotes/refugee-quotes.htm,http://www.amazon.com/Home-Across-Lands..., http://www.mtholke.edu/~pila22d/..., digərləri.

Elmi əsərlərinin adları 300-dən artıq elmi əsərin, o cümlədən aşağıdakı kitabların müəllifidir:

1. Антимутагены и проблема защиты генетического аппарата. Баку, 1979, 114с.

2. Антимутагенез:теоретические и практические аспекты. Москва, «Наука», 1984, 105 с.

3. Физиология регуляции мутагенеза. Баку, 1989, 143с.

4. Вопросы охраны генефонда в решении некоторых экологических и экономических проблем в Азербайджанской ССР. Баку, 1989, 41 с.

5. Экологическая концепция Азербайджанской Республики. Баку,1992.

6. Mutagenez və mutasiyanın analiz üsulları (dərs vəsaiti) BDU nəşriyyatı, 1992

7. Ekologiya. Dünyamızın bu günü və sabahı- Ayna uşaq enskiklopediyası, Bakı, 2000, 99s.

8. Biologiya, 6-7-ci sinif Ümumtəhsil məktəbləri üçün dərslik.Bakı, 2001, 287s.

9. İnsan inkişafı. Fakültətiv kursuna dair tədris vəsaiti, Bakı- 2003, 110 s.

10. Ümumtəhsil məktəblərinin 10 –cu sinifləri üçün Davamlı insan inkişafı fakültativ kursunun proqramı. UNDP. Bakı- 2003, 24 səh.

11. Ekologiya. Dünyamızın bu günü və sabahı(uşaq ensiklopediyası).Bakı-2005, 79s.

12. İnsan və cəmiyyət(8-ci sinif üçün dərslik). Baki-2005,141s.

13. Davamlı insan inkişafı (tədris proqramı) Bakı, Azərbaycan Dillər Universiteti, 2005, 24 s.

14. Inhibitors of mutagenesis and their relevance to carcinogenesis (C. Ramel, B. Ames, T. Kada, L. Wattenberg. Report of International Experts Group). Mutation Research, 1986, v. 168, p. 47-65.

15. Davamlı insan inkişafının əsasları. Bakı, Təhsil, 207, 132 s.

16. Capacity building for transition to ecological civilization. In: Ecological Civilization, Sustainable Development, Environment. Proceedings of the "Man and Biosphere" (MaB, UNESCO) Azerbaijan National Committee, 2010, v.6, p. 5-12.

17. Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları Bakı, 2013

18. Sürdürülebilir insani geliçim ve ekoloji sivilizasyonun esasları anadolu Universiteti, Eskişehir, 2014

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü BMT-də coordinator (əlaqələndirici), insan inkişafı üzrə müvəkkil, məsləhətçi, təlimçi (Bakı, Nyu York, London, Petersburg, Priştina, Duşanbe, Varşava, Kiyev, Vilnus, və b.)

Avropa Yenidənqurma və İnkişaf Bankı. (London). Ətraf mühit və sosial məsələlər üzrə məşvərət şurasının 11 üzvündən biri.

YUNESKO-nun "İnsan və Biosfer" Proqramı üzrə Beynəlxalq Koordinasiya Şurasının üzvü (Paris)

Amerika Sağlamlıq Fondunun koordinator (əlaqələndirici) və dəvət olunmuş alimi (Nyu York) 

Ətraf Mühitin Sağlamlığı Beynəlxalq Proqramın Rəhbər Komitəsinin üzvü (Nyu York, Vaşinqton)

Dünya Səhiyyə Təşkilatının Kimya Təhlükəsizliyi Proqramı, qrup rəhbəri (Cenevrə)

Beynəlxalq Həyat İnstitutunun (Paris, Fransa) expert qrupunun 5 üzvündən biri. 

Azərbaycan, ABŞ, Birləşmiş Krallıq, Niderland, Turkiyə, Rusiya və Gürcüstanda dərc olunan elmi jurnallar və məcmuələrın redaksiya heyətlərinin üzvü. Həmin ölkələrdə müxtəlif beynəlxalq və xarici elmi cəmiyyət və akademiyaların üzvü. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda sədr və dəvət olunmuş məruzəçi (Azərbaycan, ABŞ, Böyük Britaniya, Fransa, Norveç, Yaponiya, Koreya, Rusiya, Turkiyə, İtaliya, Yunanıstan, Almaniya, Sloveniya, Gürcüstan və s.).

Pedaqoji fəaliyyəti Azərbaycan və xarici ali məktəblərdə, o cümlədən ABŞ (Columbia University, Kansas University, Texas University, Lehigh University, Rutgers University, University of Michigan, Jackson State University, New York University, Mississippi Valley State University, başqaları), Almaniya (Greiswald University), Türkiyə (Gadjitepe University, Chukurova University), İsveçrə (Stockholm University), Rusiya (Mockva Dövlət Universiteti), Gürcustan (Tbilisi State University, Georgian Agrarian Academy), İsrail (Tel Əviv Universiteti), digər ali məktəblərdə məruzə və seminarlar. Gürcüstan Dövlət Aqrar Akademiyasının fəxri doktoru. ADA (Azərbaycan Diplomatik Akademiyasının) təsisçilərindəndir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorudur. Orta və ali məktəblər üçün 10 dərslik və dərs vəsaitinin, o cümlədən orta məktəblər üçün dünyada birinci davamlı insan inkişafına həsr olunmuş dərsliyin müəllifidir.

Beynəlxalq inkişaf təşkilatlarının rəsmiləri üçün məruzə, seminar və təlimatlar:

Avropa Yenidənqurma və İnkişaf Bankı (London), BMT-nin Baş Qərargahı (Nyu York); Dünya Bankı (Vaşinqton), Ətraf mühit üzrə parlament komissiyaları və beynəlxalq şirkətlər (Azərbaycan, Böyük Britaniya, Norveç, Sloveniya, Rusiya, Fransa və s.)

Digər fəaliyyəti Bir sıra beynəlxalq təşkilatların (BMT, YUNESKO, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf  Bankı və s.) koordinatoru, eksperti, rəhbər komitələrinin üzvü və s. 
Təltif və mükafatları 1.Azərbaycan LKGİ mükafatı laureatı - 1974;

2."Əməkdə fərqlənməyə görə" medal - 1980;

3."Şərəf nişanı" ordeni – 1986;

4.“Şöhrət” ordeni – 2014

İş yeri və ünvanı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Az1001, Bakı şəhəri, Lermontov küç., 74 
Vəzifəsi Rektor 
Xidməti tel. (+994 12) 4926529 
Mobil tel. (+994 50) 4959944 
Ev tel. (+994 12) 5398691 
Faks (+994 12) 4926515 
Elektron poçtu alakbarovuk@gmail.com,

azermabunesco@gmail.com,

rector@dia.org.az