Veb-sayt | www.telmanaliev.az | |
Anadan olduğu yer | Azərbaycan Respublikası, Goranboy rayonu | |
Təvəllüdü | 02.05.1935 | |
Bitirdiyi ali təhsil müəssisəsi | Azərbaycan Dövlət Neft Akademiyası | |
Elmi dərəcəsi | Texnika elmləri doktoru | |
Elmi rütbəsi | Professor | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
Hesablama texnikası Neft emalının tipik proseslərinin korrelyasion analizi |
|
Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
Texniki kibernetika və informasiyanın nəzəriyyəsi Real zaman miqyasında çoxölçülü təsadüfi proseslərin korrelyasiya analizi və kodlaşdırılması |
|
Müxbir üzv seçilməsi:
- tarix - ixtisasın adı |
1983 Kosmik cihazlar və sistemlər |
|
Həqiqi üzv seçilməsi:
- tarix - ixtisasın adı |
2001 İnformatika |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı | 586 | |
Xaricdə çıxmış elmi əsərlərinin sayı | 382 | |
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı | Springer nəşriyyatında 3 monoqrafiya nəşr edilmişdir: «Robust Techology with Analysis of Interference in Signal Processing», Kluver, Academic Plenum Publishers, New York, 2003, «Digital Noise Monitoring of Defect Origin», Series Springer-Verlag, London, 2007 və «Noise Control of the Beginning and Development Dynamics of Accidents» Published by in Springer, 2019. | |
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | 109 | |
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı |
37 12 |
|
Əsas elmi nailiyyətləri |
1. Küyqarışıq təsadüfi siqnalların küylərinin analizi nəzəriyyəsi və texnologiyaları yaradılmışdır. Küylərin faydalı informasiya daşıyıcıları kimi analizi texnologiyaları təklif edilmiş və onlardan qəzaların gizli dövrünü qeyd etmək üçün və təsadüfi siqnalların ənənəvi analizi texnologiyalarının xətalarının dəqiqləşdirilməsi üçün istifadə edilməsinin mümükünlüyü göstərilmişdir. 2. Göstərilmişdir ki, təcrübədə, ənənəvi korrelyasiya və spektral analiz texnologiyalarının tətbiqi zamanı, faydalı siqnalların və küylərin arasındakı korrelyasiyanın olmaması şərtinin yerinə yetirilməməsinə görə nəzarət, diaqnostika, identifikasiya və s. məsələlərin həllinin nəticələrinin adekvatlığı təmin olunmur. Faydalı informasiya daşıyıcısı kimi, faydalı siqnalların və küylərin arasındakı qarşılıqlı-korrelyasiya funksiyasının qiymətini, habelə, küyün dispersiyasını təyin etməyə imkan verən küylərin analizi texnologiyası təklif edilmişdir ki, göstərilən məsələlərin həllinin adekvatlığını təmin etməklə bərabər, həm də bu texnologiyaların praktiki tətbiq sahəsini əhəmiyyətli dərəcədə genişləndirir. 3. Təsadüfi küy qarışıq siqnalların faydalı siqnallarının və küylərinin korrelyasiya, spektral və c. xarakteristikaları ilə ekvivalent olan faydalı siqnalların və küylərin formalaşdırılması texnologiyası təklif edilmişdir. Göstərilmişdir ki, onların vasitəsilə ayrı-ayrılıqda siqnalları və küyləri analiz edərək, təsadüfi küy qarışıq siqnalların korrelyasiya və spektral xarakteristikalarının qiymətlərini tapmaq mümkündür. Eləcə də, onlar arasında korrelyasiya əlaqəsinin müəyyən edilməsi imkanı yaranır ki, bu da küy qarışıq siqnallardan alınan faydalı informasiyanın həcmini əhəmiyyətli dərəcədə artırmaqla, bir sıra vacib məsələlərin həllinin adekvatlığını təmin etməyə imkan verir. 4. Təyin edilmişdir ki, texniki obyektlərdə qəzalarının gizli dövrünün başlanğıcında yalnız siqnalların küyünün qiymətləri dəyişir, nəzarət və idarə etmə sistemlərinin ölçü cihazlarının informativ əlamətləri və göstəriciləri dəyişmir. Buna görə də sistemin reaksiyası bəzi hallarda gecikmiş olur, bu da faciəvi qəzalara gətirib çıxarır. Küyün xarakteristikalarının qiymətindən informativ əlamətlər kimi istifadə etməklə , qəzaların başlanğıcı haqqında məlumat almağa fürsət yaranır, bunun sayəsində də, texniki obyektlərin istismarının təhlükəsizliyi əhəmiyyətli dərəcədə yüksəlir. 5. Normal paylanma qanunu, faydalı siqnalla küy arasında korrelyasiyanın olmadığı kimi klassik şərtlərin yerinə yetirilmədiyi halda, identifikasiya, tanınma, diaqnostika və s. məsələlərinin həllinin nəticələrinin adekvatlığını təmin etməyə imkan verən, faydalı siqnalların matrislərinə ekvivalent olan küylənmiş siqnalların korrelyasiya matrislərinin formalaşması texnologiyaları təklif edilmişdir. 6. Tsiklik iş rejimində işləyən obyektlərin texniki vəziyyətinin dəyişməsinin başlanğıcının identifikasiyası nəticələrinin adekvatlığının təmin edilməsi üçün küy qarışıq dövri siqnalların mövqeli-seçici analizi texnologiyası təklif edilmişdir. 7. Normal paylanma qanunu, faydalı siqnalla küy arasında korrelyasiyanın olmadığı kimi klassik şərtlərin yerinə yetirilmədiyi halda, küylənmiş siqnalların robast korrelyasiya və spektral analizi nəzəriyyəsi və texnologiyası təklif edilmişdir. 8. Küylənmiş siqnalların Noise xarakteristikalarının qiymətlərindən təşkil olunmuş informativ əlamətlər çoxluğunun formalaşdırılması texnologiyası işlənilmişdir və onun əsasında dəniz platformalarında, qazma qurğularında, energetikada, nəqliyyatda, tikintidə, tibbdə və s. sahələrdə qəzaların başlanğıcını, inkişaf dinamikasını və proqnozlaşdırılmasını təyin edən intellektual Noise- nəzarət sistemləri təklif edilmişdir. 9. Küylənmiş təsadüfi siqnalların kodlaşdırılması və fasiləsiz analizi prosesində diskretləşdirmə addımının təyin edilməsinin aparat texnologiyaları işlənilmişdir. 10. Noise -texnologiyaların tətbiqi ilə küy qarışıq siqnalların ənənəvi korrelyasiya və spektral analizinin xətalarının azaldılması texnologiyaları təklif edilmişdir. 11. Kompressor stansiyalarının vibrasiya vəziyyətinin intellektual Noise- nəzarət və erkən diaqnostika sistemləri yaradılmışdır. 12. Seysmoakustik Noise-monitorinq stansiyaları şəbəkələri əsasında gözlənilən zəlzələ ocağının mərkəzi zonasını təyin etməklə seysmik vəziyyətin dəyişməsinin başlanmasını bildirmək üçün intellektual seysmoakustik sistem yaradılmışdır. 13. Generatorların vattmetroqramlarının Noise analizi yolu ilə, artezian quyularında, nasos stansiyalarında, istilik və havalandırma sistemlərində və s. obyektlərdə nasazlıqların başlanğıcının və qəzaların proqnozlaşdırılmasının intellektual nəzarət sistemlərinin qurulmasına imkan verən, küylərin, faydalı siqnalların korrelyasiya və spektral xarakteristikalarından və onlar arasındakı qarşılıqlı korrelyasiya funksiyasının qiymətlərindən ibarət olan informativ əlamətlər çoxluğunun formalaşdırılmasının mümkünlüyü göstərilmişdir. 14. Ştanqlı dərinlik nasos qurğuları ilə istismar edilən neft quyularının intellektual Noise diaqnostikası və Noise idarə edilməsi sistemləri yaradılmışdır. 15. İlk dəfə 1984-cü ildə EKQ-ın sıxılması, bərpa etməklə açılması və istənilən məsafəyə teleqraf kanalı ilə ötürülməsinin təşkili üçün texnologiya və texniki vasitələr yaradılmışdır. 16. Vibrasiya siqnallarının Noise xarakteristikalarından ibarət olan bir çox informativ əlamətin formalaşdırılmasının Noise- texnologiyası və onların əsasında hərəkət edən qatarlarda, tormoz və yağlama sistemlərində, onların hərəkərdə olan hissələrində, həmçinin, dəmiryol xəttindəki, körpülərdəki və tunellərdəki nasazlıqların başlanğıcının intellektual Noise monitorinqi sistemi təklif edilmişdir. 17. Energetika obyektlərinin istismarının təhlükəsizlik səviyyəsinin artırılması üçün, nümunə kimi, tipik atom elektrostansiyalarında fəaliyyət göstərən bir sıra avadanlıqların operativ diaqnostika sistemlərinə qəzaların gizli dövrünün başlanmasının Noise nəzarət alt sistemi ilə əlaqələndirmə sxemi təklif edilmişdir. 18. Çoxölçülü küy qarışıq siqnalların sinxron diskretləşdirilməsi, kodlaşdırılması, sıxılması və ötürülməsi üçün texnologiyalar və sistemlər təklif edilmişdir. 19. Smartfonların və noutbukların vasitəsi ilə ürəyin vəziyyətinin gündəlik nəzarəti üçün onun səsinin küyünün Noise analizi texnologiyaları təklif edilmişdir. 20. Fasiləsiz küylənmiş siqnalların diskretləşdirilməsinin adaptiv mövqeli-seçici texnologiyası təklif edilmişdir ki, diskretləşdirmə addımını müəyyən etməyə və küyün yüksəktezlikli spektrinə əsaslanaraq , ənənəvi metodlara xarakterik olan çətinlikləri aradan qaldırmağa imkan verir. 21. Faydalı informasiya daşıyıcısı kimi küyün analizi nəzəriyyəsi və texnologiyaları yaradılmışdır. 22. Tsiklik küylənmiş siqnalların və küyün analizinin mövqeli-binar nəzəriyyəsi və texnologiyası yaradılmışdır. 23. Çoxölçülü fasiləsiz siqnalların sinxron minikod-delta modulyasiya və sıxılma funksiyasını yerinə yetirən çoxkanallı analoq-kod çeviricilərin qurulması prinsipləri təklif edilmişdir. 24. Zəlzələlərin standart seysmik stansiyalarla qeydiyyatını 15-30 saat qabaqlayan seysmoakustik küyün alınması və analizi texnologiyası və sistemi təklif edilmişdir. 25. Seysmoaktiv regionlarda yerləşən böyük şəhərlər üçün hündür binaların və strateji obyektlərin texniki vəziyyətinin paylanmış intellektual küy monitorinq sisteminin yaradılması prinsipləri təklif edilmişdir. 26. Nəzarət obyektlərinin texniki vəziyyətlərində mikrodəyişiklik əlamətinin indikasiyası və sürətli axıcılığı olan çoxölçülü küylənmiş təsadüfi proseslərin analizi və identifikasiyası üçün yüksək-tezlik texnologiyası təklif edilmişdir. 27. Azərbaycanda quraşdırılmış 10, habelə, Türkmənistanda Kopet dağının ətəyində quraşdırılmış seysmoakustik noise monitorinq stansiyalarından alınmış seysmoakustik küyün robast Noise monitorinqinin nəticələrinin eksperimental tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, stansiyaların yerləşmə ərazisini genişləndirməklə, zəlzələ ocağının yerinin təyin edilməsinin dəqiqliyini artırmağa və mövcud yerüstü stansiyalardan bir neçə saat əvvəq onun maqnitudasının qiymətini təyin etməyə imkan yaranır. 28. Noise analizin təklif edilmiş texnologiyaları: - Faydalı informasiya daşıyıcısı kimi, faydalı siqnalların və küylərin arasındakı qarşılıqlı-korrelyasiya funksiyasının qiymətini, habelə, küyün dispersiyasını təyin etməyə imkan verən küylərin analizi nəzəriyyəsi və texnologiyası təklif edilmişdir ki, göstərilən məsələlərin həllinin adekvatlığını təmin etməklə bərabər, həm də bu texnologiyaların praktiki tətbiq sahəsini əhəmiyyətli dərəcədə genişləndirir. - Faydalı siqnalların və küyün korrelyasiya, spektral və c. xarakteristikalarının ilkin təsadüfi siqnalların qiymətlərinə uyğun gəldiyi hal üçün ekvivalent təsadüfi siqnalların formalaşması texnologiyası ayrılıqda faydalı siqnalın və küyün korrelyasiya və spektral analizinə, həmçinin, onlar arasında korrelyasiya əlaqələrinin müəyyən edilməsinə imkan verirlər ki, bu da, küylənmiş siqnallardan əldə edilən informasiyanın həcmini əhəmiyyətli dərəcədə artırmaq və bir çox əhəmiyyətli məsələlərin həllinin adekvatlığının yüksəlməsini təmin etmək imkanı yaradır. - Küyün xarakteristikalarının qiymətindən informativ əlamətlər kimi istifadə etməklə , qəzaların başlanğıcı haqqında məlumat almağa fürsət yaranır, bunun sayəsində də, texniki obyektlərin istismarının təhlükəsizliyi əhəmiyyətli dərəcədə yüksəlir. - Faydalı siqnalların matrislərinə ekvivalent olan küylənmiş siqnalların korrelyasiya matrislərinin formalaşması texnologiyaları identifikasiya məsələlərinin həllinin nəticələrinin adekvatlığını təmin etməyə imkan verir. - Küylərin xarakteristikalarının dəyişməsinin emalın nəticələrinə təsirini aradan qaldırmağa imkan verən küylənmiş siqnalların robast korrelyasiya və spektral analizi texnologiyaları: - Dəniz platformalarında, qazma qurğularında, energetikada, nəqliyyatda, tikintidə, tibbdə və s. obyektlərdə qəzaların başlanğıcını, inkişaf dinamikasını və proqnozlaşdırılmasını təyin edən intellektual Noise- nəzarət sistemlərinin qurulmasına imkan verən küylənmiş siqnalların Noise xarakteristikalarının qiymətlərindən təşkil olunmuş informativ əlamətlər çoxluğunun formalaşdırılması texnologiyası - Zəlzələ ocağının mərkəzi zonasını təyin etməklə seysmik vəziyyətin dəyişməsinin başlanmasını bildirmək üçün intellektual seysmoakustik Noise-monitorinq stansiyaları şəbəkələri - Ştanqlı dərinlik nasos qurğuları ilə istismar edilən neft quyularının intellektual Noise diaqnostikası və Noise idarə edilməsi sistemləri - Smartfonların və noutbukların vasitəsi ilə ürəyin vəziyyətinin gündəlik nəzarəti üçün onun səsinin küyünün Noise analizi texnologiyaları. |
|
Elmi əsərlərinin adları |
1. Алиев Т. А., Мусаева Н.Ф., Гулуев Г.А., Сатарова У.Э. Помехотехнологии индикации и идентификации скрытого периода перехода объекта из нормального в аварийное состояние . Мехатроника, автоматизация, управление, M., №9, 2010, с. 13-18. 2. Алиев Т. А., Ализаде А.A., Етирмишли Г.Д., Гулуев Г.А., Пашаев Ф.Г., Рзаев А.Г. Интеллектуальная сейсмоакустическая система мониторинга начала зарождения аномальных сейсмических процессов. Сейсмические приборы, 2010, M., т. 46, № 1, с. 27-41 3. Алиев Т. А., A.A.Alizade, G.D.Etirmishli, G.A.Guluev, F.G.Pashaev, A.G.Rzaev. İntelligent Seismoacoustic System for Monitoring the Beginning of Anomalous Seismic Process. Seismic instruments, Allerton press, inc., Shpringer, vol.47, №1, 2011, p.15-23 4. Алиев Т. А., Н.Ф. Мусаева, У.Э. Сатарова. Технология вычисления робастных нормированных корреляционных матриц Кибернетика и системный анализ, Киев, №1, с.164-178, 2011 5. Алиев Т. А., Н.Ф.Мусаева, Г.А.Гулуев, У.Э.Саттарова, Н.Э.Рзаева. Система мониторинга периода скрытого перехода компрессорной станции в аварийное состояние. Проблемы управления и информатики, Киев, №6, 2011, стр.60-74 |
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü |
1. 1994-ci ildən UNESCO-nun informatika üzrə ekspertlər sırasına daxil edilmişdir. 2. “Мехатроника, aвтоматизация, управление” jurnalının redaksiya heyətinin üzvüdür. |
|
Pedaqoji fəaliyyəti | Azərbaycan Memarlıq və İnşaat Universitetində "İnformasiya texnologiyaları və sistemləri" kafedrasının müdiri | |
Digər fəaliyyəti | 1. Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü;
2. Respublika Veteranlar şurasının bürosunun üzvü; 3. Respublika Ağsaqqallar şurasının üzvü. |
|
Təltif və mükafatları | 1. 1991-ci ildə Keldış adına medal ilə təltif olunub.
2. 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub. 3. 2009-cu ildə Əməkdar elm xadimi |
|
İş yeri və ünvanı | AMEA İdarəetmə Sistemləri İnstitutu AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 68 | |
Vəzifəsi | Baş elmi işçi | |
Xidməti tel. | (+994 12) 5394384 | |
Mobil tel. | (+994 50) 5414455 | |
Ev tel. | ||
Faks | (+994 12) 5392826 | |
Elektron poçtu | telmancyber@rambler.ru |