Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu
Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir  üzvü Əbdüləzəl Məmməd oğlu Dəmir­çi­za­də 1909-cu ildə Şəkidə anadan ol­muşdur. O, ibtidai və or­ta təh­silini Şəkidə almışdır. Şəki Müəllimlər Se­mi­nariyasını bitirdikdən sonra 1925-ci ildə 2 saylı şəhər mək­tə­bində müəl­lim kimi əmək fəaliy­yə­tinə başlamışdır. Onun ilk məqaləsi də həmin ildə «Yeni Məktəb» məc­muəsində dərc edil­miş­dir. Ə.Də­mir­­çi­za­də gəncliyində bədii yaradı­cılığa bö­yük həvəs göstərmiş, bir sıra şeirlər, heka­yə­lər və oçerklər yazmışdır. La­kin onu elmi iş da­ha çox maraqlan­dır­mış və buna görə də bü­tün fəaliyyətini elmi tədqiqat sahəsinə isti­qa­mətlən­dirmişdir.

Ə.Dəmirçizadə 1929-cu ildə Bakı şəhərinə gəlmiş və ADU-nun Peda­qoji fakültə­sinə daxil ol­muşdur. O, 1933-cü ildə APİ-nin Dil­­lər kafedrasına aspirant qəbul olun­muşdur. 1936-cı ildə «Türk dili» adlı ilk  kitabı, as­pi­ran­tu­ra­nı qur­tar­dıqdan sonra isə, yəni 1938-ci ildə «Azər­bay­can ədəbi dili tarixinin xüla­sə­ləri» adlı ikinci kitabı işıq üzü görmüşdür. 1940-cı ildə Ə.Dəmirçizadəyə filolo­giya elmləri nami­zə­di alimlik dərəcəsi verilmişdir.

Dil tarixi sahəsində elmi tədqiqatlarını da­­vam etdirən alim 1944-cü ildə «Azərbaycan di­linin ta­rixi (qədim dövr)» mövzusunda dok­tor­luq disser­ta­siyası müdafiə etmişdir. 1945-ci il­də isə professor elmi adına layiq görül­müş­dür. O, 1940-cı ildən 1943-cü ilə qə­dər Azər­baycan Dövlət Universi­tetində (in­di­ki BDU), 1943-cü ildən ömrünün sonuna qə­dər isə Azər­baycan Pedaqoji İnsti­tutunda Azər­baycan dilçiliyi kafed­ralarına rəh­bərlik etmişdir.

Ə.Dəmirçizadə 1955-ci il­də Azərbaycan EA-nın müxbir üz­vü seçil­miş­dir. Onun 20-dən çox ki­tabı, 200-dən artıq elmi və elmi-me­to­dik məqa­ləsi çap olun­muş­dur. Bu əsər­lərdə yenilikçi alim ki­mi daha çox Azər­baycan dilçiliyinin iş­lə­nil­mə­miş sahələri (fonetika, orfoepiya, eti­mo­lo­gi­ya, üslubiy­yat, dil tarixi və s.) araş­dı­rıl­mış­dır. Alimin «Azərbaycan dili tarixi xü­la­sə­lə­ri», «M.F.Axundov dil haq­qında və Axun­do­vun dili», «Azər­baycan dilinin tarixi», «Azər­bay­can ədəbi dilinin inkişaf yolları», «Kitabi-Dədə Qorqud» dastanının dili», «Azəri ədəbi di­linin tarixi», «Azərbaycan di­li­­nin tarixi qram­matikası»  və ölümün­dən sonra çap olun­muş «Azərbaycan ədəbi dilinin tarixi (II his­sə)», «Azər­baycan dili orfoepi­yasının əsasları» ki­­tabları yalnız Azərbaycan dilçi­liyi­ni deyil, ümu­milikdə türkologiya elmini zən­gin­ləş­dir­miş­dir. Görkəmli alim etimoloji tədqi­qat­lar sahəsində də xey­li iş görmüş, araş­dırmalarını ümu­mi­ləş­di­rə­rək 1962-ci ildə «50 söz» adlı orijinal kitab nəşr etdirmişdir.

AMEA-nın müxbir üzvü Əbdüləzəl Də­mir­çizadə 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.

(1909-1979)