Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Xəlilov Şahvələd Binnət oğlu
Ş.Xəlilov 1939-cu il oktyabrın 1-də Gür­cüstan Respublikasının Dmanisi ra­yo­­nunun Yuxarı Qarabulaq kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbay­can Dövlət Universitetinin (indiki Bakı Dövlət Univer­siteti) Coğrafiya fakültə­sini fərqlənmə diplo­mu ilə bitirmişdir.

1969-cu ildə coğrafiya üzrə fəlsəfə dok­­toru, 1996-cı ildə coğrafiya üzrə elm­lər doktoru elmi dərəcələrini, 2007-ci ildə pro­fessor elmi adını almış, 2001-ci ildə isə Azər­baycan Milli Elmlər Akademi­yasının (AMEA) müxbir üzvü seçil­mişdir.

Ş.Xəlilov təyinatla AEA-nın Coğrafiya İnstitutuna işə göndərilmiş, orada Ekocoğrafiya şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, la­boratoriya müdiri, akademiya partiya komitəsinin katibi, Azərbaycan Dövlət Universi­te­tinin Humanitar məsələlər üzrə prorektoru və Coğrafiya fakültə­sində Ətraf mühitin mühafizəsi kafedrasının professoru olmuşdur.

Ş.Xəlilovun əsas elmi fəaliyyət istiqaməti Azərbaycanın su anbarları və göl­lərinin hidroloji xüsusiyyətləri, su anbarlarının lillənməsi və sahillə­ri­nin dina­mikası, su təsərrüfatı tədbirlərinin, o cümlədən su anbarlarının ətraf mühitə təsiri, onların mühafizəsi, səmərəli istifadəsi problemlərinin tədqiqi­dir. O, Azər­baycan coğrafiyaçıları içərisində ilk dəfə yeni su anbarlarının səmərəli yerləş­diril­məsinin əsas ekoloji-coğrafi prinsiplərini işləyib hazırla­mış, mövcud su anbarlarının ətraf mühitə neqativ təsirlərinin, o cümlədən onların lillənməsi və sahillərinin dinamikasının intensivliyi proqnozunu ver­mişdir. Onun 1995, 1997 və 2000-ci illərdə əldə etdiyi elmi nəticələr Azər­baycan Elmlər Akademiyasının Rəyasət Heyətində coğrafiya elminin ən mühüm nəticələri kimi qəbul edilmişdir. Respublikanın gölləri və su anbarlarının mühafizəsi və səmərəli istifadəsi üzrə elmi nəticələr Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfin­dən Azərbaycan Respublikasının su ehtiyatlarının kompleks istifadəsi və mühafi­zəsi üzrə baş sxeminin tərtibində istifadə edilmişdir.

Ş.Xəlilov 1978-1984-cü illərdə Azərbaycan EA partiya komitəsinin katibi, Bakı Şəhər Sovetinin deputatı seçilmiş, Azərbaycan müstəqillik əldə etdikdən sonra da Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının əsas təşkilatçıla­rın­dan biri olmuş, rayon təşkilatı sədrinin birinci müavini seçilmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komis­siyasının Ekspert Şurası­nın üzvü olmuşdur.

Ş.Xəlilov 100-dən artıq elmi əsərin, o cümlədən 5 monoqrafiyanın mü­əllifi olmuş, həmçinin, Azərbaycan Sovet Ensiklopediyasının VI-X cild­lərində çaylar, göllər və su anbarlarına aid 50-dən artıq məqalə çap etdir­miş­dir. Onun 12 elmi əsəri xarici ölkələrdə nəşr olunmuşdur. Bir çox beynəl­xalq və ümumittifaq simpozium və müşavirələrində (İngiltərə, Helsinki, Moskva, Sankt-Peterburq, Novosibirsk, Tiflis, Minsk, Yakutsk, Nijniy Nov­­qorod və s.) Azərbaycan coğra­fiya elmini layiqincə təmsil etmişdir. 20 il ərzində Azərbaycan Televiziyasının ən çox sevilən verilişlərindən olan elmi-kütləvi “Səyahət” və “Sovet Azərbay­canına səyahət” verilişlərinin dai­mi aparıcısı olmuşdur.

Ş.Xəlilov “Fədakar əməyə görə” yubiley medalı ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Şahvələd Xəlilov 2007-ci ildə Bakıda vəfat etmişdir.

(1939-2007)