Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Sultanov Qədir Məmməd oğlu
Q.Sultanov 1918-ci ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Bio­logiya fakültə­sinə qəbul olunmuşdur.

1948-ci ildə fəlsəfə doktoru, 1956-cı il­də geologiya-mineralogiya üzrə elmlər dok­to­ru elmi dərəcələrini almış, 1968-ci ildə Azərbaycan Elmlər Akademiya­sının (AEA) müxbir üzvü seçilmişdir.

Q.Sultanov Böyük Vətən müharibəsin­də işti­rak etmişdir. 1945-ci ildə Azər­bay­can Dövlət Universitetini bitirdikdən sonra 1956-cı ilə qədər Geologiya İnsti­tutunda (indiki Geologiya və Geo­fizika İnstitutu), 1957-ci ildə isə ADU-da işlə­mə­yə baş­lamışdır. O, paleontologiyada ilk dəfə olaraq, gec miosen hövzələri fauna­sının öyrənilməsində fiziki-kimyəvi üsul­ları tətbiq etmiş, Azərbaycanda Sar­mat faunası tiplərinin inkişafı və məhv olması xa­rak­terini müəyyən etmişdir.

Q.Sultanov Azərbaycan paleontologiya elmində yeni istiqamət olan paleo­bio­geo­kimyanın əsasını qoyanlardan biri olmuşdur. O, Abşeron mərtə­bəsini üç yarımmərtəbəyə və onları da daha kiçik stratiqrafik vahidlərə bölmüşdür. Bu sxe­m alp geosinklinal qurşağının qapalı hövzələrinin böl­güsü üçün əsas ol­muşdur. Abşeron mollusklarının təsnifatının əsaslarını və onların filoge­netik sxemini, elementlərin biogen miqrasiyasının tədqiqi üsul­larını işləyib hazırla­mışdır. Onun paleontologiya və stratiqrafiya sahə­sindəki əsas nailiyyətləri sis­tematika, müqayisəli morfologiya, ekogenez, gec kaynozo­yun biostratiqrafiyası və s. ilə əlaqədardır.

Q.Sultanov xeyli sayda elmi məqalə və mo­noq­rafiyaların müəllifi olmuşdur.

AMEA-nın müxbir üzvü Qədir Sultanov 1995-ci ildə Bakıda vəfat etmişdir.

(1918-1995)