Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Məmmədova Siddiqə Rza qızı
Siddiqə Rza qızı Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olmuşdur. O, 1940-cı ildə Gəncə şəhə­rin­də Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1943-cü ildə texnikumu bitir­mişdir. 1943-1947-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İns­titutunun Aqronomluq fakultəsində oxu­muş və təhsildə göstərdiyi nəticəyə gö­rə Stalin adına təqaüd almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1948-ci ildə AKTİ-də Entomo­lo­giya ixtisası üzrə aspiranturaya daxil olmuş, 1952-ci ildə “Azərbaycanda toxum­luq yoncanın zərərvericiləri və onlara qarşı müba­rizə tədbirləri” mövzusunda dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elm­ləri namizədi alimlik dərə­cəsi almışdır. 1952-ci ildən 1963-cü ilə qədər AKTİ-də assistent, dosent vəzifələ­rində işləmişdir. 1963-cü ildən Az.ETBMİ-nin direktoru təyin edilmişdir. 1971-ci ildə “Azər­baycanda çay və sitrus bitkilə­rinin zərər­vericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusu üzrə doktorluq işini müda­fiə edə­rək biologiya elmləri dok­toru elmi dərəcəsi almışdır. 1973-cü ildən ona proffesor, 1981-ci ildən Əmək­dar elm xadimi adı verilmişdir. 1983-cü ildə Azərbayca Elmlər Akademiyasının müxbir üzvü və 2001-ci il iyun ayı­nın 29-da Azər­baycan Milli Elmlər Akademi­yasının həqiqi üzvi seçilmişdir.

S.R.Məmmədovanın rəhbərliyi altında İnstitutda 150-ə yaxın tədbir hazır­lanmışdır. O, 220-dən artıq elmi əsərin, 5 tədris vəsaitinin, 2 soraq kita­bının,     3 monoqrafiyanın, 7 ixtiranın, 3 pestisidlər kataloqunun müəllifidir.

Dövlət alimin kənd təsərrüfatı elmi qarşısındakı xidmətlərini layiqincə qiy­mət­ləndirmişdir. Belə ki, Şərəf Nişanı, 2 dəfə Qırmızı Əmək Bayrağı ordenləri, Əməkdə İgid­liyə görə, “Əmək veteranı” medalları, “Şöhrət” orden­i ilə təltif olun­muş­­dur. 1985-ci ildə II çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü, 2008-ci ildən Azər­bay­can Aqrar Universitetində Doktorluq və Na­mizədlik Dissertasiyalarının Müda­fiəsi üzrə İxtisaslaşmış Müdafiə Şurasının sədri olmuşdur. 12 mart 2010-cu ildə Azərbay­can Respub­likası Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif olunmuşdur.

15 dekabr 2010-cu il tarixdə akademik S.R.Məmmədova Türkiyə Cumhu­riyyətinin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademi­yası Rəyasət Heyətinin qərarı ilə “Akademiyanın üzvü” diplomu və “Beynəl­xalq Qızıl Ulduz” medalı ilə təltif olunmuşdur.

S.Məmmədova 5 avqust 2017-ci ildə vəfat etmişdir.

 (1925-2017)