Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Daşdəmirov Əfrand Firudin oğlu
Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın hə­­qiqi üzvü Əfrand Firudin oğlu Daş­də­mi­rov 12 mart 1942-ci ildə Bakıda ana­dan ol­muş­dur. 1964-cü ildə Azər­baycan Döv­lət Uni­versitetini bitir­miş­dir. 1969-cu ildə fəl­səfə elm­ləri üzrə fəl­səfə doktoru, 1977-ci ildə isə fəl­sə­fə elmləri üzrə elmlər dok­toru adını almışdır. 1989-cu ildə Azər­bay­can Milli Elmlər Aka­demiyasının həqiqi üz­vü, 1998-ci ildə Ru­si­ya Federa­siyası Pe­da­qo­ji və Sosial Elmlər Beynəlxalq Aka­de­mi­ya­sı­nın üzvü seçilmişdir.

Ə.Daşdəmirov iki dəfə Qırmızı Əmək Bay­rağı ordeni ilə təltif edil­mişdir. O, 10 il­dən çox Azərbaycan SSR Ali Sovetinin de­pu­ta­tı olmuşdur.

Ə.Daşdəmirovun elmi fəaliyyətinin əsa­sını mil­lətlərin və millət­lər­arası mü­na­­si­bət­lə­rin inkişa­fı­nın sosial-fəlsəfi, politoloji, kul­tu­roloji, etnopsi­xo­loji prob­lemlərinin elmi təd­qiqi, müasir etno­si­ya­si, etnomədəni pro­ses­lə­rin dərki­nin fundamental nəzəri-metodoloji mə­sələləri təşkil edir. O, milli pro­sesləri fərdi şəx­siyyət kəsiyində tədqiq edən, fər­di həyat fəaliy­yətinin millə­tin etnoslararası fəaliy­­yəti və inkişafı ilə bağlılığı mexanizmlərini öy­rənən ilk alimlərdən biridir.

Ə.Daşdəmirov 1977-1981-ci illərdə Ba­kı Ali Partiya Məktəbinin Fəlsəfə kafed­­­ra­sı­nın və AMEA Fəlsəfə İnstitutunda Milli mü­na­sibətlərin nə­zəri prob­lemləri şöbəsinin mü­diri işləmişdir. Son illər Ə.Daşdəmirov Qa­rabağ hadisələri əsa­­sında etnoslararası zid­diy­yətlər və kon­flikt­lər prob­le­mi­nə dair çox­say­lı elmi mə­qa­lə­lər və monoqrafiya yaz­mış­dır.

Ə.Daşdəmirov 1997-1999-cu illərdə Ru­­­si­ya Federasiyası Millətlər və Regio­nal Si­ya­sət İşləri üzrə Nazirliyin Rusiya Xalqları İns­titutunun Milli nəzəri prob­lemləri şöbə­si­nin müdiri vəzifəsində işləyib. 1999-cu ildən Ə.Daş­dəmirov Rusi­ya Federasiyası Pre­zi­den­ti yanında Rusiya Dövlət Xid­məti Aka­de­miyası Milli və federativ münasibətlər ka­fed­rasında çalışmışdır.

Ə.Daşdəmirov Moskvada Ru­si­yanın Azərbaycan diaspora­sının həya­tın­da, diaspor təşkilatlarının təşəkkülündə fəal iş­ti­rak etmişdir.

Hə­min fəaliyyətin nəti­cə­sin­də Ru­si­ya Federasiyasında “Azərros” qə­ze­ti ya­ran­mış və Ə.Daşdəmirov onun ilk baş re­daktoru olmuşdur. O zaman­dan Ə.Daş­dəmirov öz elmi tədqiqat fəaliy­yətinin əsas hissəsini Ru­siyada yaşayan azər­bay­canlıların prob­lem­lərinin həllinə həsr etmişdir.

Ə.Daşdəmirov 2002-ci ildə Mosk­vada yaranan Ümu­m­ru­siya Azər­bay­can Konqresinin vitse-pre­zi­den­ti seçilmişdir. Eyni zamanda 10 il ərzində hə­min təşkilatın nəşr orqanı olan “Azərbaycan Konq­resi” qəzetinin (rus dilin­də) baş re­dak­to­ru işləmişdir.

Ə.Daşdəmirovun rəhbər­li­yi ilə 10 elmlər doktoru və 30-dan çox elm­lər na­mizədi hazırlanmışdır. Alim 250-dən artıq elmi əsə­rin müəllifidir.

AMEA-nın həqiqi üzvü Əfrand Daşdəmirov 2015-ci ildə Bakı şəhə­rində vəfat etmişdir.

(1942-2015)