Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Qutirya Viktor Stepanoviç
Qutırya Viktor Stepanoviç 1910-cu il sentyabrın 11-də Rostov vilayətinin Nekli­nov rayonunun Sinyavskoye kəndində ana­dan olmuşdur.

Azərbaycan Sənaye İnstitutunun Neft-kimya şöbəsini bitirmişdir (1932).

V.Qutırya 1938-ci ildə texnika üzrə fəl­səfə doktoru, 1944-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini və həmin ildə pro­fes­sor elmi adını almışdır.

1949-cu ildə Azərbaycan SSR EA-nın həqi­qi üzvü, 1953-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1961-ci ildə Ukrayna EA-nın həqiqi üzvü seçilmişdir.

1937-1959-cü illərdə qısa fasilələrlə AzETİ-nin elmi işlər üzrə di­rektor müa­vini vəzifəsində, 1959-1963-cü illərdə Ukrayna EA Poli­merlər və Monomerlər Kimyası İnstitutunda çalışmış, 1963-1974-cü illərdə Ukrayna EA-nın vitse-pre­zid­enti olmuşdur. V.Qutırya neft-kimya və neft emalı sahəsində aparıcı alimlər­dən biri sayılır. İstehsalat birlikləri və mədən ida­rələrini cəlb etməklə irimiqyaslı tədqiqatlar aparmışdır.

V.Qutırya Abşeron yarımadası neftinin fundamental tədqiqatları ilə məşğul olmuşdur ki, bu da müharibə illərində ölkənin aviasiya benzini ilə təmin edil­məsinə imkan yaratmışdır.

Onun tərəfindən sirkulyasiya olunmuş tozvari katalizatorlar vasitəsilə kata­litik krekinq prosesinin hazırlanması əsasən, yerli neft emalı səviyyə­si müəy­yənləşdirilmişdir.

Sənaye miqyasında etilendən spirtin alınma texnologiyasının işlənib başa çatdırılması (akademik Mark Dalin ilə birlikdə) və mikrosferik alümo­silikat katalizatotlarından istifadə etməklə katalitik krekinqin yeni texnolo­giyasının hazırlanması (akademik Vahab Əliyevlə birlikdə) onun Azərbay­can­da həyata keçirdiyi əsas elmi tədqiqatlardır.

V.Qutırya çoxsaylı fəlsəfə və doktorluq dissertasiyalarının məsləhətçisi olmuş­dur. Azərbaycanda yaşayıb işlədiyi uzun müddətdə – 36 il ərzində milli elmi kadrların hazırlanması işinə böyük qayğı ilə yanaşmışdır. O, həm Bakıda, həm də Kiyevdə uzun illər “Neft kimyası nə neft-kimya sintezi” ixtisası sahə­sində fəlsəfə və doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış şura­nın rəh­bəri olmuş və bu işə çox diqqət və vaxt sərf etmişdir.

O, 280-ə qədər müxtəlif səpkidə olan elmi əsərin, o cümlədən 3 mo­no­qrafiya və 19 müəlliflik şəhadətnaməsinin müəllifidir.

V.Qutırya SSRİ Dövlət Mükafatı almış, “Şərəf nişanı” (2 dəfə), “Qırmızı əmək bayrağı” (2 dəfə) ordeni, “Qafqazın müdafiəsinə görə”, “Böyük Vətən müharibə­sində rəşadətli əməyə görə” və “Böyük Vətən mü­hari­bəsində qələbənin 30 illi­yi” medalları ilə təltif olunmuşdur.

Akademik Viktor Qutırya 1983-cü ildə vəfat etmişdir.

(1910-1983)