Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Makovelski Aleksandr Osipoviç
Azərbaycan Milli Elmlər Akademiya­sı­nın həqiqi üzvü Aleksandr Osipoviç Ma­ko­­­vels­ki 1884-cü il iyul ayının 22-də Belo­ru­si­ya­­nın Qrodno şəhərində ana­dan ol­muş­dur.

A.Makovelski 1907-ci ildə Kazan Univer­sitetinin Fəl­sə­fə şöbəsini bitirmiş və həmin ildə fəlsəfə doktoru, 1921-ci ildə isə elmlər doktoru adını almışdır.

A.Makovelski 1938-ci ildən Azər­bay­can Dövlət Universitetinin professoru ol­muş­dur.

A.Makovelski 1946-cı ildə SSRİ Elmlər Akademiya­sı­nın müxbir üzvü, 1949-cu ildə Azərbaycan SSR Elmlər Aka­de­mi­yasının həqiqi üzvü se­çil­mişdir.

A.Makovelski əmək fəaliyyətinə 1906-cı ildən Kazan Ali qadın kurs­larında fəlsəfə fənnini tədris etməklə başlamış, sonralar həmin kursların direktoru vəzifə­sin­də çalışmışdır.

A.Ma­­­kovelski 1920-ci ildə Ba­kı­ya gəlmiş və əmək fəaliyyətini Azər­baycan Döv­­lət Universitetində davam etdirmişdir. Hə­min vaxtdan 1930-cu ilə qədər Psixologiya kafedrasının rəhbəri olmuşdur.

1929-cu ildə Azərbaycan Dövlət Elmi Şu­rası təşkil olunan zaman A.Makovel­ski onun elmi katibi, sonra isə elmi pedaqoji böl­mə­sinin sədri təyin olunmuş­dur. Azərbaycan Dövlət Universitetinin yenidən təşkil edil­məsi ilə əlaqədar olaraq Aleksandr Makovelski 1930-cu ildə Azərbaycan Dövlət Pe­daqoji İnstitu­tu­na professor və Qiyabi Pe­da­qoji İnstituta di­rektor təyin olunmuşdur, eyni zamanda Elmi Tədqiqat İnstitutunda ça­lış­mışdır.

A.Makovelski 1944-cü ildə SSRİ Elmlər Akade­mi­ya­sı Azərbaycan Filialının Fəl­səfə Bölməsinə rəh­bər, 1945-ci ildə Azərbaycan SSR Elmlər Aka­demiyası təşkil olunanda isə həmin Aka­de­miyanın Fəlsəfə İnstitutuna direktor təyin olun­muşdur.

A.Makovelski qədim yunan fəlsəfə tarixi, dialek­tik və tarixi materia­lizm, mən­tiq və məntiq ta­ri­xi, pedaqogika, psixologiya sahəsində, xü­su­si­lə qədim yunan fəlsəfəsində sofistlər, Sok­ra­ta qədərki məktəblər, atomistlər barədə əsaslı təd­­qiqat aparmış, onların bir sıra əsərlərini tər­­cümə edərək şərh yaz­mışdır.

A.Makovelski Azərbaycan fəlsəfə tarixinə dair əsərlə­rin­də zərdüştlük, “Avesta”, məz­dəkilik, Şərq­də peripatetizm, neoplatonçuluq və atomizm, sufilik, Nizami və onun Şərqdə yeri, XIX əsr ic­timai və fəlsəfi fikri kimi məsələləri geniş təd­qiq etmişdir.

Azər­baycanda fəlsəfi kadrların yetişdi­ril­­­məsində alimin misilsiz xid­mət­ləri olmuş­dur. 1930-cu ildə ona Əməkdar elm xadimi fəxri adı veril­mişdir.

AMEA-nın həqiqi üzvü Aleksandr Mako­vels­ki 1969-cu ildə vəfat etmişdir.

 (1884-1969)