Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Yaqubov Əhəd Ələkbər oğlu
Ə.Yaqubov 1908-ci ildə Ba­kı şəhərin­də anadan ol­muş­dur. 1934-cü il­də Azərbay­can Po­li­texnik İns­titutunun (indiki Azərbay­can Dövlət Neft və Sənaye Universiteti) Dağ­-mədən fakültə­sini mü­həndis-geo­­loq ixtisası üzrə bitirmişdir.

Ə.Yaqubov 1941-ci ildə “Abşe­ron ya­rıma­dası­nın qərb hissəsinin palçıq vul­kan­la­rı və onla­rın neft-qazlılıqla əlaqə­si” möv­zusun­da disser­ta­siya müdafiə et­miş, geo­logiya-mi­ne­ralogi­ya üzrə elmlər dok­toru elmi dərə­cəsinə, eləcə də 1942-ci ildə SSRİ Dövlət Mükafatına layiq görül­müşdür. 1947-ci ildə Azərbay­can Elmlər Akademiyasının (AEA) hə­qi­­qi üzvü, akademik-katibi seçilmişdir.

Ə.Yaqubov 1934-cü ildə SSRİ Elmlər Akademiyasının Azər­bay­can Filialında işlə­məyə başlamış­, 1937-1941-ci illər­də Filialın Rəyasət He­y­əti sədrinin müavini olmuşdur. Palçıq vulkanlarının inkişaf etdiyi sa­hə­­lərin stratiqrafiyası, tektonikası, neft-qaz­­lılığı, qaz­ların, neft­lərin, lay sularının geo­kimyəvi xarak­teristikası sahəsin­də təd­qiqatlar aparmışdır. Azər­­baycan KP MK-nın neft üzrə katibi seçil­mişdir. O, 25 ildən artıq Azərbay­can Sənaye İnstitutunun (indiki Azər­baycan Dövlət Neft və Sənaye Universiteti) Geolo­gi­ya və neft-qaz yataqlarının axtarı­şı kafed­rasına rəh­bərlik etmişdir.

Ə.Yaqubov 1944-1946-cı il­lər­də SSRİ-nin İran Səfirliyində məsləhət­çi ol­muş, sonra Azərbaycan KP MK neft sə­na­yesi üzrə katibinin müavini və şöbə mü­diri se­çil­miş­dir. Ə.Yaqubov 1949-1952-ci illərdə “Azərdəniz­neft”, “Az­­neft­­kəş­fiyyat” Birliyi­nin rəisi vəzifəsində iş­lə­mi­ş­­dir. Bir sıra dəniz neft ya­taq­larının kəşf olun­­ma­sında və mə­nim­sənilməsində iştirak etmiş, buna görə 1951-ci ildə ikinci dəfə SSRİ Döv­lət Mükafatına layiq görülmüş­dür. 1961-1966-cı illərdə Neft və qaz eh­tiyat­larının hesab­lanması problemi labo­ra­to­riyasına rəhbər­lik etmiş­dir. 1966-cı il­dən SSRİ-də ilk la­bo­ra­toriya olan Palçıq vulka­nizmi labo­ra­to­riya­sına, 1972-ci ildən isə Geologiya İnstitutunun Pal­çıq vulkaniz­mi sekto­runa rəh­bərlik et­miş­dir.

Ə.Yaqubovun rəh­bər­liyi ilə 1971-ci ildə dün­ya geologiya təc­­rü­­bə­sində ilk dəfə “Azərbaycanın pal­çıq vul­kanları atlası” nəşr olunmuş, 1978-ci ildə isə “Azər­bay­canın neftli-qazlı vi­­la­yətlə­ri­nin palçıq vul­kanları xəritəsi” tər­­tib edil­mişdir. 

Ə.Yaqubovun  200-dən artıq elmi əsəri, o cümlədən, 10 mo­no­qrafiyası nəşr olun­muşdur. O, Azər­bay­­can dilində ilk dərsliklərin, dərs vəsaitlərinin və bir sıra elmi-metodik iş­lərin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 50-dən artıq elmlər dok­­toru və fəlsəfə doktoru hazırlan­mışdır.

Ə.Yaqubovun neft-qaz sahəsində xidmətləri hökumət tərəfindən yük­sək qiymətlən­dirilmişdir. O, 2 dəfə “Le­nin ordeni”, “Şərəf nişanı” və “Oktyabr inqi­­labı” orden­lə­ri, 1941-1945-ci illər Böyük Vətən müharibəsin­də “Qafqazın mü­da­fiəsinə görə”, “Rəşadətli əməyə görə” medalları ilə təltif edilmiş, SSRİ-nin “Fəxri neftçisi” adına layiq görülmüşdür.

Akademik Əhəd Yaqubov 1979-cu ildə Bakıda vəfat etmişdir.

 (1908-1979)