Tel. | (+99412)5149651
(+994 12) 5149612 |
|
Faks | (+994 12) 5149612 | |
Elektron poçtu | aki05@mail.ru | |
Struktur bölmənin rəhbəri |
Kimya elmləri doktoru, Dosent |
|
İşçilərin ümumi sayı | 9 | |
Əsas fəaliyyət istiqamətləri | Maşın və mexanizmlərin sürtünən səthlərinin yeyilmə və siyrilməsinə qarşı tərkibində yağlayıcılıq xassələrinin əsas daşıyıcısı kimi metalla qoruyucu təbəqə yarada bilən elementləri (S, Cl, N, O, B və b.) olan üzvi birləşmələrin sintezi, onların kimyəvi quruluşu ilə yağlayıcılıq xassələri arasında asılılığın tədqiqi; Yeni sintez edilmiş və məlum aşqarlardan istifadə etməklə müasir və perspektiv tələbləri ödəyən transmissiya və sənaye yağlarının yaradılması | |
Əsas elmi nəticələri |
Yeyilmə və siyrilməni təsirli şəkildə azaldan kükürd, azot, fosfor və bor tərkibli çoxsaylı yeni üzvi maddələr sintez və tədqiq edilmiş, o cümlədən ИХП-14А və ИХП-14М aşqarlarının alınma texnologiyası işlənilmişdir. Bu aşqarların istehsalı Rusiyada Yaroslavl Neft Emalı zavodunda reallaşmışdır. ИХП-14А və ИХП-14М aşqarlarından istifadə etməklə bir sıra transmissiya, sənaye və reduktor yağları da yaradılmış və istifadə üçün buraxılış vəsiqəsi almışdır. Yerli xammal və yeni aşqarlar kompozisiyası əsasında yeni gəmi qaz-turbin yağı yaradılmışdır (qrant EİF-2010-1(1)-40/35-M-4). Laboratoriyada aparılan elmi tədqiqatların nəticələri çoxsaylı elmi məqalə (əsasən impakt faktorlu jurnallarda), konfrans materialı və patentlərdə əks olunur. Bu sahədəki nəticələrə görə laboratoriyanın əməkdaşları institutda keçirilən qiymətləndirmələrdə mükafatalayiq ilk yerləri tuturlar. |