Tel. | (+99412)5149651
(+994 12) 5149612 |
|
Faks | (+994 12) 5149612 | |
Elektron poçtu | aki05@mail.ru | |
Struktur bölmənin rəhbəri | Cavadova Həqiqət Əliəşrəf qızı
texnika elmləri doktoru, professor |
|
İşçilərin ümumi sayı | 11 | |
Əsas fəaliyyət istiqamətləri | Müxtəlif təyinatlı dizel mühərrikləri üçün sintetik və yarımsintetik baza yağları əsasında tələbata uyğun yüksək özlülük-temperatur, yuyucu-dispersedici, oksidləşmə, korroziya, yeyilmə və köpüklənməyə qarşı xassələrə malik yeni sürtkü kompozisiyalarının işlənib yaradılması. | |
Əsas elmi nəticələri |
Avtomobil, avtotraktor, gəmi, teplovoz və stasionar dizel mühərrikləri üçün Bakı yağları əssında M-10Г2k, M-10B2, M-14B2, M-12BБ və M-14ГБ, M-14Г2 yağların analoqları yaradılmışdır. Qeyd olunan yağlara Azərbaycan Respublikasının patentləri alınmışdır. İşlənmiş motor yağlarının təkrar istifadəsini təmin etmək üçün yeni regenerasiya üsulu – texnoloji proses işlənmiş, alınan məhsullar əsasında aşqar kompozisiyası ilə əmtəə yağının analoqu yaradılmlşdır; Müəyyən edilmişdir ki, müxtəlif təyinatlı motor yağlarının yaradılmasında regenerasiya olunmuş yağlar baza yağı kimi istifadə edilə bilər. Aparılan tədqiqatlar nəticəsində gücləndirilmiş və yüksək gücləndirilmiş üfürmə və üfürməsiz şəraitdə işləyən avtotraktor və stasionar dizel mühərrikləri üçün M-10Г2 SAE-30 API CC və M-14Г2k SAE-30 API CC, teplovoz və sənaye ЧН 26/26, ЧН 30/38 dizel mühərrikləri üçün M-14Г2 SAE-40 API CC motor yağları yaradılmışdır. Son illərdə sürtkü yağlarının, xüsusən motor yağlarının nəqli, rütubət, havanın temperatur dəyişikliyi və s. təsirlər nəticəsində mikroorqanizmlərin təsirinə məruz qalaraq istismar xassələrinin əsas keyfiyyət göstəricilərinin aşağı düşməsinin qarşısını almaq üçün bir sıra biosidlərin tədqiqi ilə bioloji zədələnməyə qarşı davamlı olan yeni sürtkü kompozisiyaları yaradılmışdır. Yağ kompozisiyasının tərkibinə α-fenil-β-nitroeten, α-furil-β-nitroeten kimi biosidlərin daxil edilməsi ilə bir sıra göbələk və bakteriyaların inkişafının tam dayandırılması müəyyənləşdirilmişdir. |