Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Sorbsiya prosesləri şöbəsi

Sorbsiya prosesləri şöbəsi
Tel. (+994 50) 6891913,

(+994 12) 5108592  

Faks (+994 12) 5107442 
Elektron poçtu laboratory_5@kqki.science.az
Struktur bölmənin rəhbəri Əli Nəcəfqulu oğlu Nuriyev

Kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

İşçilərin ümumi sayı 34 
Əsas fəaliyyət istiqamətləri  Sintetik və mineral sorbentlərin alınması və modifikasiyası, təbii sulardan mikro­elementlərin çıxarılmasıı, tullantı sularının zəhərli komponentlərdən təmizlənməsi üçün texnoloji proseslərin işlənib hazırlanması.
Əsas elmi nəticələri 1.Titan, manqan tərkibli sorbentlə sənaye tipli məhlullarından kobalt, mis və uranın sorbsiyasına aid tədqiqat işləri aparılmışdır. Tədqiq olunan sorbentin spektral analiz yolu ilə tərkibi və əsas parametrləri müəyyən edilmişdir. Kobalt, mis və uranın sorbsiya üsulu ilə sənaye tipli məhlullardan çıxarıl­masının optimal şəraiti işlənib hazırlan­mışdır. Prosesin desorbsiya şəraiti seçilmiş və bu zaman desorbsiya nəticəsində kobaltın, mis və uranın 96-98% çıxımına nail olun­muşdur.

2.Kationaktiv boyaların, o cümlədən, metilen abısının Fe(III)-bentonitdə model məhlul­lardan sorbsiyasına dair tədqiqat işləri aparılmışdır. Aparılan təcrübi tədqiqatların nəzəri əlaqələndirilməsi sorbsiya prosesinin limitləşdirici mərhələsini metilen abısının məhluldan bərk fazaya keçməsi və ya onun bərk faza sərhəddinə qarışması mərhələsi olduğunu təyin etmək imkanı əldə olun­muşdur. Buna görə də metilen abısının məhluldan Fe(III)-bentonitdə sorbsiya pro­sesi haqqında məlumatın genişlənməsi üçün təcrübi məlumatlardan istifadə etməklə bu prosesin riyazi modelləşdirilməsi aparıl­mışdır. Müəyyənləşdirilmişdir ki, metilen abısının Fe(III)-bentonitdə sorbsiya­sının nəzəri və təcrübi təqiqat nəticələrinin qiyməti qarışdırılma zamanı kinetik və diffuziya əmsalının  dəyişməsinə səbəb olur. Sorbent və sorbtivin nəzəri və təcrübi qatılıqlarının kifayət qədər üst-üstə düşməsi proseslərinin modelləşməsi zamanı gös­tərilən işdəki metodikadan istifadə etməyə əsas verir. Riyazi modelin köməyi ilə prosesin parametrləri hesablanmışdır.

3.Diatomit, klinoptilolit, mordenit, eləcə də onların modifikasiya olunmuş formalarının adsorbsiya xüsusiyyətləri, turşu-əsas mərkəzlərinin təbiəti, gücü və paylanması öyrənilmişdir. Tədqiq olunan sorbentlərin sənaye müəssisələrində havaya buraxılan kükürd dioksidini tutmaq üçün istifadə olunmasına dair tədqiqat işləri aparılmış və prosesin optimal şəraiti hazırlanmışdır. Sənayedə tətbiq üçün tövsiyə olunmuşdur.