Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Tarixi etnoqrafiya şöbəsi

Tarixi etnoqrafiya şöbəsi
Tel. (+994 12) 5108419  
Faks  
Elektron poçtu arxeetno@mail.ru  
Struktur bölmənin rəhbəri Şirinxanım Bünyadova
İşçilərin ümumi sayı 19
Əsas fəaliyyət istiqamətləri  Azərbaycanın maddi və mənəvi mədəniyyətləri, təsərrüfat və ailə məişət tarixinin öyrənilməsi 
Əsas elmi nəticələri

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsi XX əsrin ortalarından fəaliyyət göstərir. Bu müddət ərzində şöbənin əməkdaşları etnoqrafik baxımdan son dərəcə zəngin olan Azərbaycanın bütün bölgələrində etnoqrafik ekspedisiyalarda olmuş, çoxsahəli materiallar toplamışdır. Ölkənin tarixi, təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyətinə aid materiallar əsasında Azərbaycan etnoqrafiyası geniş şəkildə tədqiq olunmuşdur.

Şöbə 50 ildən artıq fəaliyyəti dövründə onlarla monoqrafiya, yüzlərlə elmi məqalə çap etdirmişdir. Eyni zamanda 30-dan çox tarix elmlər namizədi, 10-a qədər tarix elmlər doktoru hazırlamışdır. Şöbə respublikada ilk dəfə olaraq yüksək tirajla, nəfis şəkildə “Azərbaycan etnoqrafiyası” əsərini üç cilddə 2007-ci ildə oxuculara təqdim etmişdir. Bu qiymətli əsər “elmdə hadisə” adlandırılmışdır. Şöbənin əməkdaşları son iki ildə 10-dan çox monoqrafiya çap etdirmişlər. İki əsər Tehranda fars və Azərbaycan dillərində çap olunmuşdur. Şöbənin əməkdaşlarının respublikada və xaricdə 100-dən çox elmi məqalələri işıq üzü görmüşdür. Hazırda üç cildlik “Qəbələnin tarixi”, “Qəbələnin etnoqrafiyası”, “Qəbələ folkloru” adlı əsər Azərbaycan, rus və ingilis dillərində çapa hazırlanmışdır.

Şöbənin əməkdaşları  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Rusiya Elmlər Akademiyası Etnoqrafiya və Antropologiya İnstitutunun birgə elmi fəaliyyətinin nəticəsi olan, 2017-ci ildə işıq üzü görən “Azərbaycanlılar” (rusca) adlı kitabın yazılmasında yaxından iştirak etmişlər.