Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəvəti ilə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təlimlərində mövcud layihələri ilə iştirak edərək uğurlu nəticələr əldə edib.
May ayında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin növbəti genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilib. Maksimal distansiya, çətin relyef və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş təlimlərində SETM hərbi təyinatlı məhsulları ilə təmsil olunub. SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələr sınaq mərhələsini uğurla keçib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.