Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.05.2025 13:01
  • A-
  • A
  • A+

“Elektron Akademiya” şöbəsinin əməkdaşı eduROAM xidmətləri ilə bağlı təlimlərdə iştirak edib

“Elektron Akademiya” şöbəsinin əməkdaşı eduROAM xidmətləri ilə bağlı təlimlərdə iştirak edib

ETN İnformasiya Texnologiyaları İnstitutunda GEANT-ın (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsinin dəstəyi ilə eduROAM xidmətlərinin təşkili məsələlərinə həsr olunmuş təlimlər keçirilib.

Təlim proqramı Yunanıstanın GRNET (Greek Research and Technology Network) şəbəkəsinin məsul şəxsləri Zenon Mousmoulas və Halil Adem tərəfindən tədris edilib.

Təlimlərdə AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Etibar Vəliyev də iştirak edib və sertifikatla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: