İyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq.
Ay tutulması Azərbaycanda da müşahidə olunacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.