AMEA İnsan Hüquqları İnstitutunun Din və ictimai təhlükəsizlik şöbəsinin fəaliyyət istiqaməti dəyişdirildiyi üçün bundan sonra həmin şöbə Siyasi analitika adlandırılacaq.
Eyni zamanda dünyanın siyasi və iqtisadi arenasında arası kəsilməyən kütləvi qırğınlar, ədalətsizliklər, lokal müharibələr törədə biləcək münaqişələrin (konfliktlər) və s. bu kimi məsələlərin öyrənilməsi və araşdırılması məqsədi ilə institutun Bioetika və tibbi hüquq şöbəsinin fəaliyyət istiqaməti də dəyişmişdir. Şöbə bundan sonra Konfliktologiya adlandırılacaq.
Hər iki məsələ ilə bağlı qərar AMEA Rəyasət Heyətinin dünənki iclasında qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.