Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yaddaşı imitasiya edən qurğu hazırlanıb
29.08.2019 15:36
  • A-
  • A
  • A+

Yaddaşı imitasiya edən qurğu hazırlanıb

Moskva Fizika-Texnika İnstitutunun alimləri məlumatların bir hissəsini yadda saxlayan və uzun müddət müraciət edilməyi halda informasiyanı "unudan" qurğu hazırlayıblar. 

hightech.fm saytı xəbər verir ki, sözügedən qurğu memristor (ondan keçən enerjidən asılı olaraq öz müqavimət qabiliyyətini dəyişdirə bilən element) əsasında ərsəyə gəlib. Alimlər bu cihazın köməyilə məlumatları insan kimi yadda saxlayacaq və öyrənəcək neyromorfik kompüter hazırlamaq niyyətindədirlər.

Neyromorfik kompüterlər insan beyninin iş prinsiplərini imitasiya edən qurğulardır. Onlar məlumatların ötürülməsi, saxlanılması və qəbul edilməsi üçün məsuliyyət daşıyan neyron, akson və dendritlərin fəaliyyətini modelləşdirir.

  • Paylaş: