Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2025 10:34
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda “Heydər Əliyev – müstəqil Azərbaycanın memarı” adlı tədbir keçirilib

Əlyazmalar İnstitutunda “Heydər Əliyev – müstəqil Azərbaycanın memarı” adlı tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və elmi-tədqiqat müəssisəsinin YAP təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş “Heydər Əliyev – müstəqil Azərbaycanın memarı” adlı tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan institutun elmi işlər üzrə direktor müavini fil.ü.f.d., dosent Əkrəm Bağırov öncə tədbir iştirakçılarını salamlayıb. O, çıxışında Ümummilli liderin bütün sahələrdə olduğu kimi Azərbaycan elminə, elm adamlarına göstərdiyi diqqət və qayğıdan, eləcə də onun uzaqgörən siyasətinin verdiyi töhfələrdən söz açıb. Bildirib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin nadir siması olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı kimi ölkənin inkişafı və xalqımızın taleyində əvəzolunmaz rol oynamış tarixi şəxsiyyətdir.

Daha sonra çıxış üçün söz məruzəçilərə verilib.

İnstitutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli “Azərbaycanın xilaskarı - Heydər Əliyev”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimova “Heydər Əliyev və klassik əlyazma irsimiz”, həmin şöbənin elmi işçisi Jalə Rüstəmova “Ulu Öndər Heydər Əliyev və Cavad Heyət”, Sənədlər üzrə iş şöbəsinin mütəxəssisi Çinarə Qəbulova “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzularında məruzə edib, çıxışlarında tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, xalqımız və dövlətçiliyimiz qarşısında möhtəşəm xidmətləri ilə Ümummilli Lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinə göstərdiyi qayğıdan, Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə yüksəldən dövlətçilik siyasətindən, xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən söz açıblar.

Tədbir çərçivəsində Əlyazmalar İnstitutunun akt zalında institut Kitabxanasının hazırladığı, Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən geniş kitab sərgisi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: