AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) 20 Yanvar hadisələri zamanı şəhid olan alimlərin xatirəsi anılıb.
Belə ki, institutun əməkdaşları, professorlar İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov 1990-cı il yanvarın 24-də Bakı-Quba yolunda Sovet ordusunun Azərbaycana yeridilən böyük kontingentinin hərbi texnikasının hücumuna məruzə qalıblar. İ.İbrahimov və S.Məmmədova hadisə yerində, İ.Mursaqulov isə xəstəxanada dünyalarını dəyişiblər.
Anım tədbiri çərçivəsində PMİ-nin alimləri Şəhidlər xiyabanını, o cümlədən Bakı-Quba yolunda şəhid alimlərin xatirəsinə qoyulan abidəni ziyarət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.