“Milli Azərbaycan Tarixi Muzeyi – 2019” toplusu "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb.
Muzeyin Elmi şurasının qərarı ilə nəşr olunan topluda “Tarix”, “Arxeologiya”, “Etnoqrafiya”, “Muzey materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi” bölmələri üzrə Azərbaycan və rus dillərində elmi məqalələr dərc olunub.
Nəşrin baş redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.
Toplu qiymətli mənbə olmaqla yanaşı, tarix elminə dəyərli töhfədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.