Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.02.2020 10:09
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda Azərbaycanda sahibkarlığın inkişafı meyilləri müzakirə olunub

İqtisadiyyat İnstitutunda Azərbaycanda sahibkarlığın inkişafı meyilləri müzakirə olunub

Fevralın 19-da AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru, professor Nazim İmanovun sədrliyi ilə keçirilən iclasda “Azərbaycanda sahibkarlığın inkişafı meyilləri” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışından irəli gələn vəzifələr müzakirə olunub.

İclasda institutun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalovun mövzu ilə bağlı məruzəsi dinlənilib. O, bildirib ki, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılması, xüsusilə kiçik və orta biznesin əsas hərəkətverici amilə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindəndir. Qeyd olunub ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransında çıxış edən dövlət başçısı ölkədə sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayaraq, bu istiqamətdə öz tapşırıqlarını verib.

Mahir Zeynalov məruzəsində ölkədə aparılan uğurlu iqtisadi islahatların və sahibkarlığın dəstəklənməsinin real nəticələrindən bəhs edib. O, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə aparılan islahatların ölkədə sahibkarlığın inkişafına təkan verdiyini vurğulayıb.

Məruzəçi Dünya Bankının “Doing Business 2020” hesabatını təqdim edərək Azərbaycanın 2019-cu ildə də dünyanın 20 ən islahatçı ölkələri sırasında yer aldığını diqqətə çatdırıb. Qeyd edib ki, ölkədə islahatlar davam etdirilməli, yaxın illərdə Azərbaycan iqtisadiyyatı daha da liberallaşdırılmalı, biznes mühiti bir qədər də yaxşılaşdırılmalıdır.

Sonda məruzə ətrafnda geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: