Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasına səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi nümayəndə heyətinin tərkibində olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə və Tacikistan Elmlər Akademiyasının prezidenti Farxod Rahimi imzalayıblar. Hər iki ölkənin əsas elmi qurumları arasında imzalanan sənəd ölkələr arasında elmi əməkdaşlığın bütün sahələrini əhatə edir və beynəlxalq müqavilə statusuna malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.