NASA-nın “Parker” zondu Günəşə yaxınlaşma üzrə rekordunu yeniləyərək onun yanından keçib.
popmech.ru saytının məlumatına görə, bu, 7 iyun səhər saat 4:23-də baş verib. Zond təxminən Günəşin səthindən 17,7 milyon kilometr məsafədə olub və saatda 393 000-dən çox kilometr sürətlə hərəkət edib. Bununla kosmik aparat Günəşə süni obyektin yaxınlaşması üzrə öz rekordunu yeniləməyə müvəffəq olub.
Qeyd edək ki, aparat Günəşin müşahidəsi üzrə beşinci missiyasına 9 mayda başlayıb. O, öz işini 28 iyuna qədər davam etdirəcək.