Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Misir şirkəti COVID-19 xəstələrinin müalicəsində istifadə ediləcək dərmanların istehsalına başlayıb
29.06.2020 13:08
  • A-
  • A
  • A+

Misir şirkəti COVID-19 xəstələrinin müalicəsində istifadə ediləcək dərmanların istehsalına başlayıb

Misirin “Eva Pharma” əczaçılıq şirkəti COVID-19-a yoluxan xəstələrin müalicəsində istifadə ediləcək “Remdesivir” və “Favipiravir” dərman preparatlarının istehsalına başlayıb. Bu dərmanlardan birincisi intensiv müalicə olunan pasiyentlərin orqanizminin oksigenlə təmin edilməsini asanlaşdırır. Bundan əvvəl qeyd olunan preparat Ebola virusuna yoluxanların müalicəsində istifadə edilib.

gmpnews.ru saytı xəbər verir ki, ABŞ-ın “Gilead Science” şirkətindən lisenziya alan “Eva Pharma” firması “Remdesivir”i 127 ölkəyə ixrac edəcək. Bir qutusu 125 dollara satılacaq bu dərmanın ilkin mərhələdə ayda 50 min dozası istehsal ediləcək. Firma artıq Misirin karantin xəstəxanalarını preparatla təchiz etməyə başlayıb.

“Favipiravir”in isə ilk partiyası üç həftədən sonra xəstəxanalara çatdırılacaq. Onun yekun qiyməti hələlik müəyyən edilməyib. Bu dərman Yaponiyanın “Avigan” preparatının əvəzedicisidir.

Misir şirkəti dərman preparatlarını öncə Yaxın Şərq və Afrika ölkələrinə göndərəcək, sonra isə digər dövlətlərdən də sifarişlər qəbul ediləcək.

  • Paylaş: