Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Fransanın səhiyyə üzrə baş direktoru ölkədə COVID-19-un yenidən alovlanacağı ilə bağlı xəbərdarlıq edib
09.07.2020 10:54
  • A-
  • A
  • A+

Fransanın səhiyyə üzrə baş direktoru ölkədə COVID-19-un yenidən alovlanacağı ilə bağlı xəbərdarlıq edib

Fransada bütün dövlət xidmətləri, mütəxəssislər, yerlərdəki aidiyyəti şəxslər payız və ya qışda epidemiyanın yenidən alovlanmasının qarşısını almaq üçün səfərbər olunub.

Bu fikirləri Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon deyib.

Baş direktor COVID-19 epidemiyasının yenidən baş qaldıracağı, hətta ikinci dalğanın başlaya biləcəyini deyib və vəziyyətin hələ də ciddi olduğunu vurğulayıb. O, epidemiyanın yenidən başlanmasını şərtləndirən əsas amilin insanların davranışı olduğunu qeyd edib. Bildirib ki, bunun qarşısını almaq istəyiriksə hər kəs gigiyena qaydalarına riayət etməli, sosial məsafə saxlamalı və maska taxmalıdır. Bu qaydalara insanların bir-birinə yaxın olduğu qapalı məkanlarda xüsusi diqqət yetirilməlidir.

  • Paylaş: