Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Novosibirsk alimləri ilk dəfə koronavirusu neytrallaşdıran anticisimlər alıblar
16.07.2020 13:08
  • A-
  • A
  • A+

Novosibirsk alimləri ilk dəfə koronavirusu neytrallaşdıran anticisimlər alıblar

Rusiya Elmlər Akademiyası (REA) Sibir Bölməsinin Novosibirsk Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun İmmunogenetika laboratoriyasının əməkdaşları ilk dəfə koronavirusu neytrallaşdıran anticismlər alıblar.

Bu barədə REA Sibir Bölməsinin yeni növ koronavirus infeksiyası ilə mübarizə üzrə İşçi qrupunun məsul katibi Olqa Doroxova məlumat verib.

“COVID-19-a qarşı anticismlərin alınması üçün xəstəliyi keçirmiş donorlardan qan nümunələri götürülüb və tək B-limfositlərin çeşidləməsi üzrə unikal texnologiya istifadə edilib. Alınmış anticisimlər virusun və ACE2 hüceyrə reseptorunun qarşılıqlı təsirini bloklamaq və virusun hüceyrəyə nüfuz etməsinin qarşısını almaq imkanına malikdir”, – deyə O.Doroxova bildirib.

remedium.ru saytı xəbər verir ki, gələcək tədqiqat istiqamətləri COVID-19-un spesifik terapiyası və profilaktikası vasitələrinin yaradılmasını nəzərdə tutur.

  • Paylaş: