Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Rusiyada koronavirusa qarşı vaksin avqustun ortasında satışa çıxarıla bilər
30.07.2020 11:05
  • A-
  • A
  • A+

Rusiyada koronavirusa qarşı vaksin avqustun ortasında satışa çıxarıla bilər

Rusiyanın N.F.Hamalei adına Milli Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış koronavirusa qarşı vaksin Tibbi Tətbiq olunan Vasitələrin Ekspertizası Elmi Mərkəzinə ekspertizaya təqdim edilib.

remedium.ru saytı xəbər verir ki, vaksinin 10-12 avqustda qeydiyyata alınacağı gözlənilir. Bundan əlavə, vaksin 5-7 gün ərzində Səhiyyə sahəsinə Nəzarət üzrə Federal Xidmətdə yoxlanılacaq.

Qeyd edək ki, bundan əvvəl vaksini ilk olaraq risk qrupunda olan insanların – müəllimlər, həkimlər, həmçinin 1500-dən çox könüllülərin alacağı bildirilmişdi. Onun effektivliyi və təhlükəsizliyindən tamamilə əmin olmaq üçün beş-altı ay vaxt tələb olunur. 2021-ci ilin yanvar-fevral aylarında vaksinin kütləvi dövriyyəyə buraxılması nəzərdə tutulur. 

  • Paylaş: