AMEA və Serbiya Elmlər və İncəsənət Akademiyası (SEİA) arasında əməkdaşlıq imkanları müzakirə ediləcək. Bu məqsədlə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 30-dan dekabrın 3-nə qədər Belqradda səfərdə olacaq. SEİA-nın prezidenti, akademik Nikola Haydinin dəvəti ilə baş tutacaq səfər çərçivəsində tərəflər arasında elm və texnologiya sahəsində əməkdaşlığa dair Saziş və həmin Sazişə əlavə olaraq Protokol imzalanması nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.