Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Rusiya Elmi İnformasiya Mərkəzi” Şurasının sədri AMEA prezidentinə təbrik məktubu ünvanlayıb
07.04.2025 14:15
  • A-
  • A
  • A+

“Rusiya Elmi İnformasiya Mərkəzi” Şurasının sədri AMEA prezidentinə təbrik məktubu ünvanlayıb

Rusiya Elmi İnformasiya Mərkəzi (REİM) Şurasının sədri, Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Vladimir Kvardakov AMEA prezidenti akademik İsa Həbibbəyliyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli İsa Həbibbəyli!

Rusiya Elmi İnformasiya Mərkəzi Federal Dövlət Büdcə Müəssisəsi Sizi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kollektivini və Azərbaycan Respublikasının bütün elmi ictimaiyyətini əlamətdar yubiley – Akademiyanın yaranmasının 80 illiyi və Elm Günü münasibəti ilə təbrik edir!

Ötən illər ərzində Akademiya bir sıra mühüm inkişaf mərhələsindən keçib, SSRİ EA-nın Zaqafqaziya filialının Azərbaycan bölməsi və SSRİ EA-nın Azərbaycan filialından Azərbaycan SSR Elmlər Akademiyası və daha sonra Azərbaycan Milli Elmlər Akademiyasına çevrilib.

AMEA elmi və elmi-texniki siyasəti həyata keçirən ali dövlət qurumu, elmi tədqiqatların aparılması və əlaqələndirilməsini təmin edən əsas intellektual və ekspert mərkəzidir. Akademiya respublikanın aparıcı elmi müəssisələrini birləşdirir, ölkənin inkişaf istiqamətləri və konkret inkişaf yollarının müəyyənləşdirilməsində mühüm rol oynayır, ölkə üçün zəruri olan elmi bilik və innovasiyaların müasir generasiya sistemini formalaşdırır.

Akademiya yüksəkixtisaslı elmi kadrların hazırlanmasına misilsiz töhfələr verir. İstedadlı gəncləri elmə cəlb edərək, Akademiya elmi nəsillərin varisliyini, Azərbaycan Respublikasında elmin stabil və dinamik inkişafını təmin edir.

Azərbaycan Milli Elmlər Akademiyası elmin inkişafı və beynəlxalq elmi kooperasiya, elmi əlaqələrin möhkəmlənməsi, Azərbaycan Respublikası və Rusiya Federasiyası alimləri arasında əməkdaşlığın genişlənməsinə hərtərəfli dəstək göstərib və göstərir. Əminik ki, Rusiya və Azərbaycan alimlərinin səmərəli tərəfdaşlığı müasir çağırışlara cavab verməyə və ölkələrimiz qarşısında duran çoxsaylı elmi məsələləri müvəffəqiyyətlə həll etməyə imkan yaradacaq.

Sizə və Akademiyanın bütün kollektivinə gələcək inkişaf və firavanlıq, yaradıcı ilham, yeni-yeni uğurlar və qoyulan məqsədlərə çatmağı arzulayırıq.

Möhkəm cansağlığı, sülh və əminəmanlıq!

Dərin hörmətlə,

REİM Şurasının sədri,

REA-nın müxbir üzvü V.V.Kvardakov”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: