Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Koronavirusun müalicəsində yeni effektiv metod tapılıb
10.09.2020 12:12
  • A-
  • A
  • A+

Koronavirusun müalicəsində yeni effektiv metod tapılıb

Alimlər yeni növ koronavirus (COVID-19) xəstələrinin qanının süngər rolunu oynayan kiçik şarlarla doldurulmuş filtr vasitəsilə təmizlənə biləcəyini açıqlayıblar.

Medimagazin.com.tr xəbər verir ki, ABŞ-da istehsal olunan və hazırda sepsis xəstələri üçün istifadə olunan "CytoSorb" adlı cihaz xəstələrin qanını təmizləyir və sitokinlər adlanan zəhərli birləşmələri aradan qaldırır.

Cihazın COVID-19-a qarşı effektivliyini qiymətləndirmək üçün hazırda sınaqlar aparılır və bu günə qədər 30 ölkədə 200-dən çox xəstə bu cihaz vasitəsilə müalicə edilib.

Reading Universitetinin mikrobiologiya üzrə professoru Simon Klark bildirib ki, qan filtrləri kimi texnologiyalar, xəstədə kifayət qədər tez istifadə edildiyi təqdirdə faydalı ola bilər.

"Sitokin reaksiyası olan xəstələr üçün zaman vacibdir. Filtrləmə sağalmağa zəmanət vermir, lakin xəstəyə nə qədər tez tətbiq olunarsa, nəticə bir o qədər müsbət olar", - deyə alim bildirib.

  • Paylaş: