Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dilçilik İnstitutunun urdu dili üzrə mütəxəssisi Pakistanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxış edib
15.08.2026 16:53
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun urdu dili üzrə mütəxəssisi Pakistanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxış edib

Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində Pakistanın Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilib.

Tədbirdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin, diplomatik nümayəndəliyin əməkdaşları, Pakistan icmasının üzvləri, dövlət və ictimaiyyət nümayəndələri, elm və təhsil ictimaiyyətinin təmsilçiləri, tələbələr, media nümayəndələri və Azərbaycan-Pakistan dostluq münasibətlərinə töhfə verən qonaqlar iştirak ediblər.

Tədbir Qurani-Kərimin tilavəti və Pakistan Dövlət Bayrağının qaldırılması mərasimi ilə başlayıb. Daha sonra Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari, Baş naziri Məhəmməd Şahbaz Şərif və Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın Müstəqillik Günü münasibətilə ünvanladıqları müraciətlər səsləndirilib.

Tədbirdə Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin çıxış edərək Pakistanın qurucusu Qaid-i-Əzəm Məhəmməd Əli Cinnah və görkəmli mütəfəkkir Əllamə Məhəmməd İqbalın ideyalarına və dövlətçilik prinsiplərinə ehtiramını ifadə edib. Səfir Pakistanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən, sülhə sadiqliyindən, eləcə də Azərbaycan və Pakistan arasında qarşılıqlı etimad, ortaq dəyərlər, tarixi və mədəni irs üzərində formalaşmış möhkəm və qardaşlıq münasibətlərindən bəhs edib.

Tədbirin mühüm məqamlarından biri Azərbaycan–Pakistan mədəni əlaqələrinin və Urdu dilinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun urdu dili üzrə mütəxəssisi Rövşən Şirxanlı Məhəmməd İqbal haqqında urdu dilində çıxış edib. Rövşən Şirxanlının Urdu dilində təqdim etdiyi çıxışda Pakistan dövlətçiliyinin formalaşmasında mühüm rol oynayan şəxsiyyətlərin irsi və ideyaları haqqında fikirlər səsləndirilib. Çıxış Azərbaycan və Pakistan xalqları arasında mövcud olan dərin tarixi, mədəni və humanitar əlaqələrin, qarşılıqlı sevgi və dostluq münasibətlərinin ifadəsi kimi diqqət çəkib

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: