Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər dəri xərçənginin daha dəqiq optik diaqnostikası metodunu işləyib hazırlayırlar
23.09.2020 10:01
  • A-
  • A
  • A+

Alimlər dəri xərçənginin daha dəqiq optik diaqnostikası metodunu işləyib hazırlayırlar

Rusiya və Bolqarıstan alimlərinin hazırladığı metod dəri xərçənginin optik diaqnostikasının dəqiqliyini artıracaq. Bu barədə Rusiyanın Samara Universiteti məlumat yayıb.

Tədqiqatın mahiyyəti dəri xərçənginə dair bir neçə yaxşı işlənib hazırlanmış və məlum yanaşmaları birləşdirməkdir. Alimlər bir kompleks metodda diaqnostikanın bir neçə növü, o cümlədən Raman spektroskopiyası (onkopatologiyanın 80-90 faiz dəqiqliklə müəyyənləşdirilməsi), yaxın qırmızı sahədə fluoressensiya (60 faiz dəqiqlik) və spektrin görünən sahəsində fluoressensiya (65-80 faiz dəqiqlik) analizləri birləşdirməyi planlaşdırırlar.

Qeyd olunur ki, yeni metod əsasında poliklinikalarda əhalinin kütləvi və operativ skrininq müayinəsi üçün yeni portativ cihaz yaradılacaq. Məsələn, dispanserləşdirmə zamanı şübhəli xalı və ya ləkəni lazer şüasına yönəltdikdən sonra dəqiq diaqnoz qoyulacaq. Diaqnostika cihazının ölçüsü ayaqqabı qutusu boyda olacaq və həkimlər onu ayrı-ayrı yerlərə özləri ilə apara bilərlər.

TASS

  • Paylaş: