Alyaskadan Yeni Zelandiya istiqamətində 11 gün ərzində 12 min km məsafə qət edən quş dayanmadan uçuş üzrə dünya rekordunu qırıb.
“The Guardian” nəşrinin məlumatına görə, bu müddət ərzində yemək və su içmək üçün yerə enməyən quşa alimlər “qırıcı-quş” adını veriblər. Alimlər quşun bədəninə yapışdırdıqları sensordan istifadə edərək onun 11 günlük səyahətini izləyib, yığdığı sürətdən isə heyrətə gəliblər.
Layihənin müəllifi, “Global Flyway Network”un əməkdaşı Dr. Cesse Konklin sözügedən quşun adətən Sakit okeanın üzərində günlərlə uçduğunu, uzun, sivri qanadlarına görə qırıcı təyyarəyə oxşadığını söyləyib.