Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.02.2021 18:04
  • A-
  • A
  • A+

FRTEB-in Elmi şurasının üzvləri dahi alimin məzarını ziyarət edib

FRTEB-in Elmi şurasının üzvləri dahi alimin məzarını ziyarət edib

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə (FRTEB) daxil olan institutların rəhbərliyi dünya şöhrətli alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin 100 illik yubileyi münasibətilə onun məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə əklil qoyublar.

2021-ci il fevralın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 ili tamam olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə cari il yanvarın 25-də Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb.

Lütfi Zadə həm də AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” junallarının Fəxri baş redaktoru idi.

Qeyd edək ki, dünya şöhrətli alim 2017-ci il sentyabrın 6-da ABŞ-da 96 yaşında vəfat edib. Sentyabrın 29-da onun nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və I Fəxri xiyabanda dəfn edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: