“Orbital Assembly Corporation” (OAC) korporasiyası 2025-ci ildə aşağı Yer orbitində “Voyager” ilk kosmik otelinin tikintisinə başlayacaq.
Otel artıq 2027-ci ildə istismara verilə bilər. O, böyük halqa şəklində və Aydakı kimi olacaq süni cazibə yaratmaq üçün dönəcək. Otel restoranlar, barlar, idman zalları, kinoteatrlar, spa salonlar ilə təchiz ediləcək və orada eyni zamanda 400 nəfər qalacaq.
Hələlik inşaatın dəyəri və oteldə 1 gecəlik qalma xərci açıqlanmayıb. Lakin “Voyager”in fırlanan halqanın xaricinə bərkidilən kapsullarla təchiz ediləcəyi məlumdur. Kapsulaların bir hissəsi müxtəlif tədqiqatlar məqsədi üçün kosmik agentliklərə satılacaq.
Daxili halqa kosmik gəmilər, sərnişinlər və yüklərin boşaldılması üçün “park yeri” olacaq. Halqanın yaşayış sahəsində isə yalnız nömrələr deyil, həm də idman zalı, mətbəx, restoran, bar və ekipaj üçün yerlər olacaq. Kosmik istirahət həvəskarları özəl villa üçün 20x12 metrlik modullar ala biləcəklər, iş adamları isə orbitdə iş aparmaq üçün modullar əldə edə biləcəklər.