Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Britaniya alimləri insan hüceyrələri vasitəsilə təbii diş böyüdüblər
14.04.2025 11:57
  • A-
  • A
  • A+

Britaniya alimləri insan hüceyrələri vasitəsilə təbii diş böyüdüblər

London Kral Kollecinin alimləri laboratoriyada ilk insan hüceyrələri vasitəsilə təbii diş böyüdüblər.

İnnovativ texnologiya dişləri xəstənin öz hüceyrələrindən yaratmağa imkan verir. Belə bioloji dişlərin ənənəvi implant və plomblardan əsas üstünlüyü onların çənə sümüyünə tam inteqrasiyası və təbii dişlər kimi olmasıdır.

Britaniya alimləri dişlərin əmələ gəlməsinin təbii mühitini təkrarlayan, xəstənin hüceyrələrini tam diş toxumasının əmələ gəlməsinə stimullaşdıran xüsusi material hazırlayıblar.

Tədqiqat qrupu hazırda inkişafın iki potensial tətbiqini nəzərdən keçirir. Birinci yanaşma, laboratoriyada bütöv bir dişin böyüdülməsini və sonra implant edilməsini əhatə edir. İkinci üsul, erkən mərhələdə olan diş hüceyrələrinin birbaşa xəstənin çənəsinə daxil edilməsini nəzərdə tutur.

Əvvəllər yapon alimləri USAG-1 zülalına təsir edərək yeni dişlərin böyüməsini stimullaşdırmaq üçün alternativ üsul təklif etmişdilər. Təcrübələr yeni dişin yeri inyeksiya ilə idarə olunmaqla “üçüncü nəsil” dişlərin yetişdirilməsi üçün bu texnologiyanın effektivliyini nümayiş etdirdi. Bu texnika artıq gəmiricilər üzərində uğurla sınaqdan keçirilib.

AzərTac

  • Paylaş: