AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası son illər əldə edilmiş nailiyyətləri, yüksək inkişaf dinamikası və artan nüfuzuna görə Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təsis etdiyi “I Türk Dünyası Qızıl Alma Mükafatı”nın “Texnologiya” nominasiyasına layiq görülüb.
Mükafat TASAM-ın Ədirnə şəhərində təşkil etdiyi mərasimdə rəsədxananın nümayəndəsi, professor Mənsur İsmayılova təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.