Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.04.2021 16:20
  • A-
  • A
  • A+

BDU-nun kimyaçı tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər

BDU-nun kimyaçı tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər

Bakı Dövlət Universitetinin (BDU) “Kimya mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil alan bir qrup tələbəsi AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Pandemiya ilə əlaqədar elan olunan karantin rejiminin tələbləri gözlənilməklə universitetin tələbələri ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olurlar, bəzi təcrübələri yaxından izləyirlər. Tələbələr, eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən elmi tədqiqat işləri haqqında məlumatlandırılır, onlara müstəqil şəkildə praktik işləri yerinə yetirmək bacarıq və vərdişləri öyrədilir.

Qeyd edək ki, sözügedən müəssisədə BDU-nun “Neft kimyası və kimya texnologiyası” kafedrası üzrə ümumilikdə 24 tələbə təcrübə keçəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: