AR Prezidenti cənab İlham Əliyevin “2015-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 31 yanvar 2015-ci il tarixli Sərəncamı ilə elm, təhsil, mədəniyyət və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslər Gənclər üçün Prezident mükafatları ilə təltif olunublar.
Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən elm sahəsi üzrə 4 gənc alimin namizədliyi irəli sürülən bu mükafata AMEA Gəncə Bölməsinin elmi işçisi Elnur Həsənov layiq görülüb.
Qeyd edək ki, mükafat 10 min AZN, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.