Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.09.2024 16:21
  • A-
  • A
  • A+

Botanika İnstitutunun Elmi şurasının iclası keçirilib

Botanika İnstitutunun Elmi şurasının iclası keçirilib

AR ETN Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbirdə institutun rəhbərliyi, Elmi şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak edib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi şuranın sədri, Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva iclası giriş sözü ilə açaraq 20 sentyabr - Dövlət Suverenlik Günü münasibətilə kollektivi səmimi qəlbdən təbrik edib. Professor 20 sentyabrın Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi gün kimi qeyd edilməsinin tarixi zərurətdən doğan qərar olduğunu vurğulayıb.

Sonra Elmi şura öz işinə başlayıb. İnstitutun elmi katibi b.ü.f.d. Nigar Mürsəlqızı gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Botanika İnstitutunun elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturasına 2023-2024-cü tədris ili üçün qəbulun nəticələri haqqında məlumat verilib, sənədi təqdim edilmiş iddiaçıların mövzuları müzakirə olunub.

İclasda Qarabağ florasına həsr edilmiş “Qarabağın flora və bitkiliyi” adlı kitabın tərtib olunmasına dair son hazırlıq işlərinin müzakirəsi aparılıb.

S.İbadullayeva Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin elmi işçisi Bikə Quliyevanı 70 illik yubileyi münasibəti ilə təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı arzu edib.

Sonda gündəlikdə olan digər məsələlər şura üzvləri ilə müzakirə edilib və yekdil qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: