Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Linqvistikaya dair əlyazmalar kataloqu”nun I cildi çapdan çıxıb
28.10.2026 13:40
  • A-
  • A
  • A+

“Linqvistikaya dair əlyazmalar kataloqu”nun I cildi çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Elnurə Babayevanın və böyük elmi işçi Rüxsarə Məmmədovanın tərtib edib nəşrə hazırladıqları “Linqvistikaya dair əlyazmalar kataloqu”nun I cildi işıq üzü görüb.

Yeni nəşrin elmi məsləhətçisi akademik Teymur Kərimli, kitabda yer alan geniş ön sözün müəllifi fil.ü.f.d., dosent Elnurə Babayevadır.

Kitabda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan linqvistikaya dair türk, ərəb, fars və Azərbaycan dillərində olan əlyazmaların elmi-paleoqrafik təsviri verilmişdir.

Qeyd edək ki, kitabın elmi redaktorları akademik Teymur Kərimli və fil.ü.f.d., dosent Elnurə Babayeva, təsvir edənlər fil.ü.f.d., dosent Elnurə Babayeva, fil.ü.f.d. Rəna İskəndərli və Rüxsarə Məmmədova, kompyüter icraçıları isə İlahə Ələkbərova və Hüsniyyə Abbasovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: