Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.10.2026 15:24
  • A-
  • A
  • A+

Professor Roida Rzayevanın tədqiqatı beynəlxalq nəşrdə dərc olunub

Professor Roida Rzayevanın tədqiqatı beynəlxalq nəşrdə dərc olunub

Oktyabrın 27-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə” adlı tədbir təşkil olunub.

Tədbir BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və “Khalili” Fondunun birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə “Khalili” Fondu tərəfindən nəşr olunan “Sülh quruculuğu sənəti: parçalanmış dünya üçün universal dil” adlı kitabın təqdimatı keçirilib. Kitabda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayevanın “Dialoqun fəlsəfəsi: mədəniyyət siyasəti sülh quruculuğunun komponenti kimi” adlı tədqiqatı yer alıb.

Alimin tədqiqatı dünyada sülh quruculuğu prosesinə mədəni diplomatiyanın verdiyi töhfədən, bu məsələdə dialoqun fəlsəfəsinin oynadığı roldan bəhs edir.

Qeyd olunur ki, bu gün yumşaq güc siyasətdə dəyişən vurğuların təzahürüdür. Tədqiqatda vurğulanılır ki, mədəni və intellektual əməkdaşlıq preventiv diplomatiyanın aləti kimi çıxış edir. Professor bildirir ki, humanitar sahə və onu dəstəkləyən beynəlxalq forumlar sistemli qlobal sabitlik üçün vacib əsas yaradır. Texnoloji yeniliklər və iqtisadi göstəricilər müasir inkişafın struktur nəticələrini müəyyən etsə də, bu proseslərin idarə edilməsi üçün zəruri analitik və etik çərçivələri təmin edən məhz humanitar sahədir.

Tədbirin sonunda nəşrin nüsxələri imzalanaraq iştirakçılara paylanılıb.

  • Paylaş: