Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Folklor İnstitutunun direktoru Hikmət Quliyev türk xalqlarının ortaq folklor irsinin tədqiqi perspektivlərindən danışıb
23.11.2026 10:43
  • A-
  • A
  • A+

Folklor İnstitutunun direktoru Hikmət Quliyev türk xalqlarının ortaq folklor irsinin tədqiqi perspektivlərindən danışıb

“Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev türk dünyasında elmi əməkdaşlığın inkişafı və ortaq folklorşünaslıq tədqiqatlarının perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Alim çıxışında türk xalqları arasında münasibətlərin yeni əməkdaşlıq modelinə əsaslanmasının vacibliyini vurğulayaraq, folklorun ortaq tarixi, etnik kökləri və milli-mənəvi dəyərləri öyrənmək baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Azərbaycan və Özbəkistan alimlərinin “Kitabi-Dədə Qorqud”, “Alpamış”, “Koroğlu” və “Goroğlu” dastanları, eləcə də nağıl, mərasim və uşaq folkloru nümunələri üzrə müqayisəli tədqiqatlar aparmasını, gələcəkdə birgə monoqrafiya və kollektiv elmi əsərlərin hazırlanmasını təklif edib.

Qeyd edək ki, videoreportaj AMEA Folklor İnstitutunun Folklor studiyası tərəfindən hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: